Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

Məhbus ailələrinin puça çıxan bayram ümidləri


Məhbus Murad Ədilovun uşaqları, 2016
Məhbus Murad Ədilovun uşaqları, 2016

AXCP fəalı, narkotik satışında ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmiş Murad Ədilovun anası Tahirə müəllimə belə deyir.

O, dekabrın sonunda oğlunun prezident sərəncamı ilə əfv ediləcəyinə ümid bəsləyirmiş:

“Səbirsizliklə gözləyirdim. Olmadı... Pis oldum özüm də”. Amma xəyal qırıqlığına uğrayan tək o deyil. Murad Ədilovun həyat yoldaşı Təravət də, 8, 6, 4 yaşındakı üç övladı da məyus olublar. Düzdür, Tahirə Ədilova oğlunun əfv edilməsindən ötrü heç yerə müraciət etmədiyini deyir, amma...

“Bəlkə Novruz bayramında olar”

İndi nənə də, nəvələr də, Təravət də ümidlərini üç ay sonraya, Novruz bayramında əfv sərəncamı verilə biləcəyinə bağlayıblar:

Murad Ədilov həbsindən bir müddət əvvəl
Murad Ədilov həbsindən bir müddət əvvəl

“Ümidim var. Görək nə olur, Allaha pənah. Mən ümidimi yeni ilə bağlamışdım. Deyirik, bəlkə Novruz Bayramında olar. Uşaqlar da atalarının yolunu gözləyirlər. Hazırlaşmışdılar. Yolka da bəzəmişdik. Balacaların qəlbi bir dəfə qırılıb, ataları yanlarında deyil, bir də mən qırası deyildim, ona görə onlar üçün bayram keçirdik”.

Mən ümidimi yeni ilə bağlamışdım. Deyirik, bəlkə Novruz Bayramında olar
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

Ana elə oğlunu da hər ehtimala qarşı həbsxanada təbrik edib, ona bayram sovqatı aparıb.

Tahirə Ədilova arzusunu bölüşür: “Bir onu istəyirəm, uşağım gəlsin evinə, nahaq yerə oturub orda, balaları qalıb burda”.

Murad Ədilov qardaşının siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir. Onun qardaşı Natiq Ədilov AXCP mətbuat xidmətinin rəhbəri olmaqla yanaşı, həm də hökumətin sərt tənqid olunduğu «Azərbaycan saatı» televiziya proqramının müəlliflərindən biridir. Hazırda Fransada mühacirətdədir.

İlkin Rüstəmzadənin anası: “Çox müəmmalıdır”

İlkin Rüstəmzadənin anası
İlkin Rüstəmzadənin anası

Tahirə Ədilovadan fərqli olaraq, İlkin Rüstəmzadənin anası Atlas xanım əfv sərəncamı gözləmirmiş:

“Ümumi ab-havadan bilirdik, əfv ab-havası yox idi” deyir: “Az-çox məlumatlıyıq, izləyirik, nə İşçi Qrup toplandı, nə də başqa söz-söhbət oldu”.

“Ümumi ab-havadan bilirdik, əfv ab-havası yox idi”
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

Buna da bax: İlkin Rüstəmzadə həbs edildi​

Ana bütün ümidlərini növbəti bayrama bağlasa da, əfv üçün müraciət etməyəcəyini bildirir:

“Bu, İlkinin şəxsi işidir. İlkinin qərarlarına hörmətlə yanaşırıq. Özü necə qərar qəbul edər, o cür də olar”.

İlkin Rüstəmzadə 2013-cü ilin mayında saxlanılıb. Xuliqanlıqda ittiham olunan gənc fəal 2014-cü il mayın 6-da məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Beynəlxalq Amnistiya Təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan İ. Rüstəmzadəni "vicdan məhbusu" kimi tanıyıb.

İlkin Rüstəmzadə, polis maşınına mindirilərkən
İlkin Rüstəmzadə, polis maşınına mindirilərkən

“Artiq mayda İlkinin həbsə düşməsinin dörd ili tamam olur. Bizi də maraqlandıran, düşündürən odur ki, 8 nəfər eyni məsələyə görə ittiham olunub, eyni məhkəmədə onlarla bağlı hökm çıxarılıb. Amma indi onlardan 7-si azadlıqda, 1-i içəridədir. Çox müəmmalıdır. Bizə bir cavab verən də yoxdur. İlkindən xalq düşməni obrazı yaradıblar yəqin”, – Atlas xanım söyləyir.

Ana oğlunun ən gözəl illərinin həbsdə keçməsinə nə qədər təəssüflənsə də, söhbətboyu dəfələrlə eyni fikri vurğulayır:

“Bu, İlkinin əqidəsidir. Mən heç nə deyə bilmərəm. İlkin bizdən çox bilir, özü hər şeyi qiymətləndirir...”

Oğlunu yanvarın 2-də təbrik edib, həbsxanaya bayram sovqatı aparıb. “Yaxşıdır, həmişəki kimi” – deyir ana: “Arzum – azadlıq! Həbs olunan uşaqların hamısına azadlıq arzulayıram. Yeni ildə bunu gözləyirəm”.

“Üçüncü bayramdır həbsdə keçirir”

Nurcahan ananı bazarda haqlayırıq. Üç aydan çoxdur Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alan oğlu Əbdül Əbilov üçün bazarlığa çıxıb: “İki-üç gündən bir yanına gedirəm. Bu dəfə plov sifariş edib”.

Bun ada bax: Əbdül Əbilovun anası: «Oğlum tanınmaz hala düşüb...»

Nurcahan Əbdülova çox narahatdır.

Məhbus blogger Əbdül Əbilovun anası Nurcahan Əbilova
Məhbus blogger Əbdül Əbilovun anası Nurcahan Əbilova

“Belində ağrılar var, analiz verib, dalağında, böyrəyində problem var. Biz sevinirdik ki, həbsdən çıxacaq, evdə müalicə alacaq. Orda nə müalicə edirlər, axı... O da alınmadı. Allah özü kömək olsun”, – ana söyləyir.

O, oğlu icazə verməsə də, Əbdülün əfvindən ötrü gizlicə, bir neçə ay öncə müraciət etdiyini bildirir.

Əbdülün belində ağrılar var, analiz verib, dalağında, böyrəyində problem var
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

“Bu səfər, düzü, getmədim, müraciət etmədim. Allaha təvəkkül, gözləyirəm. Üçüncü bayramdır həbsdə keçirir. Ömürdən gedir. Hədər yerə oturub orda, hədər yerə. Anayam mən, narahatam, canım da çıxır onsuz. Yol gözləyirəm, nə gecəm var, nə gündüzüm. Gözümü yola dikmişəm, düşünürəm ki, indi qapını açacaq girəcək... Günahsız yatır. Bəlkə Allah ürəyinə rəhm salacaq, buraxacaq?..” – öz-özünə danışırmış kimi ana söyləyir.

Əbdül Əbilov 2013-cü ilin noyabrında həbs olunub. Narkotika ittihamı ilə 5 il yarım azadlıqdan məhrum edilib. Həbsinə qədər sosial şəbəkədə «Yaltaqlara «dur» deyək» səhifəsini hazırlayırmış. Vəkilləri, əqidə yoldaşları onun elə bu səhifədəki fəaliyyətinə görə həbs olunduğunu deyir.

Buna da bax: AXCP üzvü Elvin Abdullayevin işi üzrə hazırlıq iclası keçirilib

“Minə dözən min birə də dözər”

“Səbir edirik, gözləyirik. Bir şeyi qalmayıb Elvinin, 6 ayı qalıb”, – AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva danışır.

Elvin Abdullayev
Elvin Abdullayev

Oğlu narkotik ittihamıyla 6 il həbs cəzası alsa da, Ali Məhkəmədə onun ittiham olunduğu maddə dəyişdirilib. O, CM-nin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilib və cəzası 6 ildən 2,6 aya endirilib. Həbs müddəti dəyişdirildiyindən sonra E. Abdullayev 6 saylı Cəzaçəkmə Müəssisəsindən 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

“Bakıda ən ağır şəraiti olan həbsxanadadır. Təmirsizdir, şəraitsizdir. Gözləyirik. 6 ayı qalıb. Yanvarda məhkəməsi olmalıdır, orda vaxtından əvvəl buraxılması gözlənir. Buraxılmasa, martda əfv sərəncamı çıxarsa, inşallah bizə də nəsib, qismət olar. Olmasa da, az qalır. Minə dözən min birə də dözər”, – deyən Zülfiyyə xanım oğlunun bu bayramda evdə olacağını gözləmirmiş: “Ötən il amnistiya verildiyindən əfv olmayacağını bilirdik. Ona görə zatən gözləmirdik. Bu il gözləyirik əfvi. Hələ ki, Elvin hakimiyyətin ona verdiyi cəzanı gününə gün oturur”.

Zülfiyyə Abdullayeva bir qədər öncə vəkilin məsləhəti ilə İşçi Qrupa müraciət edərək səhhətinə görə oğlunun azadlığa buraxılmasını istəyib.

Ötən il 10-dan çox “siyasi məhbus” azadlığa buraxılsa da, yerli və beynəlxalq hüquq-müdafiə qurumları 100-dən artıq şəxsin siyasi motivlərlə həbsdə yatdığını bildirir. Hakimiyyət təmsilçiləri isə “siyasi məhbus” terminini qəbul etmir, hər kəsin törətdiyi cinayətə görə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG