Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:55

Məhkəmədə fəalın vəsatəti müdaxilə ilə yarımçıq kəsilib...


Afiyəddin Məmmədov
Afiyəddin Məmmədov

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılan Həmkarlar İttifaqı Konfederasiyasının İdarə Heyətinin üzvü Afiyəddin Məmmədov zorakılıqla üzləşdiyini bildirib.

O, prosesdə məhkəməyə gətirilərkən saxlama şəraiti ilə bağlı vəsatət vermək istəyib, lakin buna şərait yaradılmayıb. A. Məmmədov buna etiraz olaraq məhkəmə zalında olan jurnalistlərə üz tutub. Lakin Penitensiar Xidmətin əməkdaşları fiziki qaydada ona müdaxilə edərək buna imkan verməyiblər. Afiyəddin Məmmədov həmin zaman zorakılıqla üzləşdiyini və təhqir olunduğunu bildirib.

Proses şahidlərin gəlmədiyi əsas götürülərək avqustun 27-nə kimi təxirə salınıb.

Baş verənlərə, hələlik, Ədliyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Həbsi

Cinayət işinin materiallarında iddia edilir ki, A. Məmmədov ötən il sentyabrın 20-də Xətai rayonu, Məhəmməd Hadi küçəsində gedərkən, Səfər Hüseynov adlı şəxslə toqquşub, aralarında mübahisə yaranıb. O zaman A. Məmmədovun cibindən bıçaq çıxarıb S. Hüseynovu yaraladığı qeyd edilir. Amma o ittihamı qəbul etmir.

A. Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələriylə ittiham verilib. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

Əslində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasınin ötən il bir çox fəalları həbs edilib.

Avqustun 1-də bu qurum və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirmişdi.

Onlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz edirdilər. Elə həmin gün Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib.

O, inzibati həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb. Avqustda A.Məmmədovla yanaşı, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü - Elvin MustafayevAyxan Mustafayev də aralarında bir neçə gün fərqlə narkotik ittihamıyla saxlanıb.

Onlara 3 il həbs cəzası verilib.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu bildirib, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG