Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Mehriban Əliyeva: «Ana kimi qarşınızda baş əyirəm»


-

Aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində həlak olan hərbçilərin ruhuna ehsan verilib.(AzərTAc)

Heydər Məscidində təşkil olunan ehsan mərasimində Mehriban Əliyeva, həlak olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Cəbhədən çəkilmiş bütün videolara burdan baxa bilərsiz

"Mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin." - deyib. Mehriban Əliyeva.

Azərbaycanın Müdafiə Nazirliyi son toqquşmalarda 31 əsgərinin həlak olduğunu açıqlayıb.

XS
SM
MD
LG