Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:43

Azərbaycan neft-qazdan 121 milyard qazanıb


İllüstrasiya
İllüstrasiya

-

Bu ilin birinci yarısında Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli" neftinin və "Şahdəniz" qazının satışından ümumilikdə 2 milyard 369 milyon dollar həcmində vəsait daxil olub.

Bu haqda Dövlət Neft Fondunun saytı xəbər verir.

Fondun məlumatına görə, bu məbləğin 2 milyard 305 milyon dolları mənfəət neftinin satışından daxil olub.

"Şahdəniz" yatağından mənfəət qazının satışından isə 6 ayda cəmi 64 milyon dollar daxil olub.

Fondun açıqlamasına görə, 2001-ci ildən 2016-cı il iyulun 1-dək ümumilikdə Neft Fonduna“Azəri-Çıraq-Günəşli"dən 119 milyard 314 milyon dollar daxil olub.

2007-ci ildən başlayaraq "Şahdəniz" yatağındakı qazın satışından isə 2 milyard 506 milyon dollar vəsait əldə edilib.

Dünyada 1 barel neftin qiyməti kəskin aşağı düşdüyündən Azərbaycanın neft gəlirlərindən əldə etdiyi gəlir də azalıb. Bu isə ölkə iqtisadiyyatına ciddi təsir göstərib.

Buna da bax: Xalq Cəbhəsi SOCAR-ı tənqid edir

XS
SM
MD
LG