Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:51

Ararat Mirzoyan Bakıya dəvəti qəbul edəcəkmi?


Ararat Mirzoyan
Ararat Mirzoyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Azərbaycan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı noyabrda keçiriləcək COP29 iqlim konfransında iştirak üçün Bakıya dəvət edib.

Azatutyunun yazdığına görə Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, COP29-un sədri Muxtar Babayev bu məqsədlə Ermənistanın xarici işlər nazirinə rəsmi dəvət göndərib.

Azatutyun yazır ki, Mirzoyan hələ ki, Azərbaycanın dəvəti ilə bağlı heç bir açıqlama verməyib.

Azatutyun qeyd edir ki, dəvətin baş nazir Nikol Paşinyana deyil, Ararat Mirzoyana göndəriməsi diqqət çəkir.

Ötən ay Azərbaycan mediasının bəzi xəbərlərində deyilirdi ki, Nikol Paşinyan Bakıya səfər edə bilər.

Paşinyanın sözçüsü bu xəbərlərlə bağlı bildirmişdi ki, belə bir səfər baş nazirin iş gündəliyində nəzərdə tutulmayıb.

Baş nazirin özü isə ötən ay Azatutyunun onun Bakıya mümkün səfəri barədə sualını cavabsız buraxmışdı.

Ermənistan XİN Mirzoyanın Bakıya dəvət olunması ilə bağlı yalnız bunu bildirib ki, bu barədə bu məsələyə baxılarsa məlumat veriləcək.

Azərbaycanın dövlət media qurumları bu barədə rəsmi məlumat yaymayıblar.

Sülh müqaviləsi, yoxsa baza prinsiplər?

Azatutyun yazır ki, Bakıda sülh müqaviləsinin COP29 konfransının əsnasında imzalanmasına dair istəklərini gizlətmirlər.

Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ötən mayda COP29 konfransını sülh müqaviləsinin imzalanması üçün gözəl imkan adlandırmışdı.

Azatutyun yazır ki, lakin indi Bakı sülh müqaviləsinin imzalanmasından deyil, razılaşmanın baza prinsiplərinə dair sazişin əldə olunmasından danışır.

Azatutyunun yazdığına görə Hikmət Hacıyev deyib ki, Azərbaycan Ermənistana geniş müqavilədən əvvəl sülh müqaviləsinin təməl prinsipləri ilə razılaşmağı təklif edib.

Rəsmi Yerevan Bakının bu təklifinə hələ ki, cavab verməyib. Ermənistan tərəfi bildirir ki, o sülh müqaviləsi mətninin yekunlaşdırılmasına və sənədin bir ay müddətində imzalanmasımna hazırdır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG