Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:41
Etiraza çıxanların həbs kadrları
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Etiraz edənlərin saxlanması, 19 oktyabr 2019

Milli Şuranın Bakıda etiraz aksiyası- Əli Kərimli azadlığa buraxılıb, başında xəsarətlər var...

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

AXCP sədri Əli Kərimli ona qarşı olan zorakılıqdan danışır

Əli Kərimli sərbəst buraxılandan sonra ona verilən işgəncələrdən danışır
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Əli Kərimli bildirib ki, saxlanarkən və sonra ona qarşı zor işlədilib. Onun deməsinə görə, ən çox başına vurublar. AXCP sədri vurğulayıb ki, saxlandıqdan sonra Daxili İşlər Nazirliyinin (DİN) mərkəzi qospitalına aparılıb, yoxlanıb:

"Məni tutdular, çox ciddi işgəncələr oldu, hətta bir müddət özümdə olmadım, mənim köynəyimi çıxarıblar, üstümə su töküblər ki, ayılım. Sonra mən özümə gətiriblər, tibbi müayinədən çekiribilər. Dedilər ki, guya daxili orqanların zədələnməyib, sümüklərin sınmayıb. Amma mən dəqiq bilmirəm, yenə də həkimə müraciət etməliyəm. Sonra məni gətirib evimin yaxınlığında buraxdılar...Az məsəfə olmasına baxmayaraq mən çətinliklə o məsəafəni qət etdim...."

AXCP sədrinin dediklərinə hələlik Daxili İşlər Nazirliyi-ndən münasibət almaq mümkün olmayıb.

Sərbəst buraxılan aksiya iştirakçılarının bəziləri zorakılıqla üzləşdiklərini bildiriblər. Onlardan Rahim Yaqublu deyib ki, həm saxlanarkən, həm də idarədə döyülüb.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Aksiya iştirakçısı Rahim Yaqublu həm aksiya zamanı, həm də polis bölməsində zorakılıqla üzləşdiyini deyir.
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

AXCP sədrinin Nəsimi polisində saxlandığı deyilir

Polislər AXCP sədrini aparırlar
Polislər AXCP sədrini aparırlar

Nəsimi Rayon Polis İdrəsindən çıxan bir aksiya iştirakçısı deyib ki, onunla birgə 10 nəfər sərbəst buraxılsa da, hələ 50-yə qədər müxalif orada qalmaqdadır. Həmin xanımın sözlərinə görə, saxlananların arasında AXCP sədri Əli Kərimli də var.

Amma bu məlumatı idarədən və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Baki polisi 60 nəfərin saxlandığını bildirir

Bakı Şəhər Baş Polis İdarəsi ( BŞBPİ) Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb.

İdarədən yayılan məlumatda bildirilir ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib:

“Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb.Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb", - deyə məlumatda bildirilir.

Davamı

XS
SM
MD
LG