Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:46

Azərbaycan internetin 'bahalı' olduğu ölkələr sırasında…


Azərbaycana 5G gəlir? Ölüvay internet dövrü nə vaxt bitəcək?
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Azərbaycana 5G gəlir? Ölüvay internet dövrü nə vaxt bitəcək? (2022)

Azərbaycanda mobil operatorlar internet qiymətlərini qaldırıb. Misal üçün, "Azercell"in 500 MB aylıq internet paketinin qiyməti 3 manatdan 4 manata yüksəlib.

1 GB internet paketi ləğv edilib, yeni 1.5 GB-lik paket yaradılıb və qiyməti 6 manat müəyyənləşib.

30 GB internet isə 25 manatdan 29 manata qaldırılıb.

Günlük 50 qəpiyə olan 100 MB internet paketinin həcmi 250 MB-yə, qiyməti isə 80 qəpiyə yüksəldilib.

"Bakcell" də qiymətlərində dəyişikliklər edib. Məsələn, əvvəl aylıq 50 GB internet paketin qiyməti 30 manat idisə, hazırda o, ləğv olunub və 56 GB internet 39 manata satılır.

İsrail…Azərbaycan… Zimbabve…

Azərbaycan mobil internet qiymətlərinə görə əvvəl də nisbətən "bahalı" ölkələrin sırasında idi.

Parklarda pulsuz internetin adı var, özü yox...
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Britaniyanın cable.co.uk marketinq şirkəti müəyyən edib ki, dünyada ən ucuz mobil internet İsraildədir. Bu ölkədə 1 GB trafik cəmi 0.02 dollaradır. (2023) Ən bahalısı Zimbabvedədir – 43.75 dollar. Azərbaycanda son bahalaşmadan öncə 1 GB internetin qiyməti 2.9 dollar idi.

"Azercell" və "Bakcell"dən izah

"Bakcell" MMC-dən "Turan"a bildirilib ki, fevralın 20-dən əvvəlki internet paketləri daha əlverişli olanları ilə əvəzlənib: "Dəyişiklik telekommunikasiya sahəsindəki tələb, təklif və rəqabətin təsiri nəticəsində edilib".

"Azercell Telekom" MMC-nin açıqlamasına əsasən, "dəyişikliklər təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması... məqsədi ilə edilib".

N.Cəfərli
N.Cəfərli

"Monopoliya var"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda mobil internet sektorunda digər sektorlardan fərqli olaraq açıq-aşkar monopoliya var.

O hesab edir ki, ciddi rəqabət olmadığına görə operatorlar qiymətləri istədikləri kimi qaldırırlar: "Biz başqa dövlətlərin təcrübəsinə baxanda görürük ki, qiymət məsələsində mobil operatorlara çox sərt nəzarət var. Azərbaycanda bu, belə deyil".

Üstəlik, N.Cəfərli mobil internetin qiymətlərinin artmasının keyfiyyətin artmasından asılı olduğunu düşünmür: "Belə olsaydı, dərd yarı idi. Sadəcə mobil operatorlar hegemondurlar və biz də məcburiyyətdən mobil internet xidmətlərindən istifadə edəcəyik deyə, qiymətlərini rahatlıqla qaldırırlar".

XS
SM
MD
LG