Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

Moskvanın baş ravvini ölkəni tərk etməyə məcbur olub


Pinxas Qoldşmidt
Pinxas Qoldşmidt

Qohumları deyirlər ki, Qoldşmidt Rusiyanın Ukraynaya qarşı müharibəsinə açıq dəstək verməkdən imtina etdiyinə görə hazırda öz icmasından da qovulub

Moskvanın baş ravvini Pinxas Qoldşmidt hakimiyyətin Ukraynadakı müharibəni açıq dəstəkləmək tələbindən sonra Rusiyanı tərk edib.

Bu barədə məlumatı Mediazona saytı ravvinin gəlini və jurnalsit Avital Çijik-Qoldşmidtə istinadən verib.

Onun sözlərinə görə Qoldşmidt arvadı Dara ilə əvvəlcə Ukrayna qaçqınlarına yardım üçün vəsait toplamaq məqsədilə Macarıstana getmişdi.

Daha sonra isə ailə İsrailə getmişdi, çünki ravvinin atası Yerusəlimdə xəstəxanada idi.

Çijik-Qoldşmidt fransız qəzetindən bir şəkil dərc edib. Orada qeyd olunur ki, Qoldşmidt Rusiyadan mayın əvvəllərində gedib.

Moskvada onun yerinə David Yuşuvayev təyin olunub.

Buna baxmayaraq İsrail ravvinlərinin dəstəyi ilə Rusiya ravvinləri Qoldşmidti yenidən başçı seçiblər.

O 30 il idi ki, bu vəzifədəydi.

Təcavüzü dəstəkləmədiyinə görə

Gəlini qeyd edir ki, Qoldşmidt Rusiyanın Ukraynaya qarşı müharibəsinə açıq dəstək verməkdən imtina etdiyinə görə hazırda öz icmasından da qovulub.

Onun və ailəsinin 33 il müddətində bu yəhudi icmasının üzvləri olduğu deyilir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliya televiziyasına müsahibəsində Hitlerdə də də yəhudi qanı olduğunu bildirmiş və demişdi ki, buna görə də o, Zelenskinin nasist olmasını istisna etmir.

Lavrov demişdi ki, nasistlərin arasında da çox sayda yəhudi var və ən qatı antisemitlər elə yəhudilərdən çıxır.

Onun bu sözlərindən sonra İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərini “hiddətdoğuran və bağışlanmaz” adlandırmış, İsraildən üzr istənməsini tələb etmişdi.

Lakin Rusiya XİN üzr istəməmiş, əksinə bəyan etmişdi ki, İsrail Ukraynada nasistləri dəstəkləyir.

Bundan sonra İsrail Vladimir Putinin Lavrovun sözlərinə görə üzr istədiyini bildirsə də, Kremlin rəsmi saytında bu barədə heç bir məlumat dərc edilməmişdi.

XS
SM
MD
LG