Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:51

MTN generalı məhkəmənin tez yekunlaşmasını istəyir, zərərçəkmiş isə...


Keçmiş MTN binası
Keçmiş MTN binası

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş, həbsdəki general Elçin Quliyev məhkəməsinin qısa müddətdə başa çatmasını istəyir. O, sentyabrın 28-də işinə baxan hakimlərə məhkəmə istintaqını yekunlaşdırmağı təklif edib.

Elçin Quliyev onun tabeliyində işləmiş Azər Mehdiyevlə birlikdə məhkəmə qarşısına çıxarılır. Onların işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Sentyabrın 28-də məhkəmədə zərərçəkmiş Mətləb Mustafayevin silah saxlama suçlaması ilə qanunsuz həbsi, onun qardaşı, MTN-in Situasiya Mərkəzinin rəis müavini olmuş Malik Mustafayevin işdən çıxarılması və ardınca da intihar həddinə çatdırılması ilə bağlı ittiham araşdırılıb. Dindirilən şahidlər arasında Antiterror Mərkəzində Elçin Quliyevin işçisi olmuş MTN mayoru Mübariz Hüseynov da olub. Hüseynov 2015-ci ilin oktyabrında MTN ətrafında baş verən məlum hadisələrdən sonra dekabrda işdən çıxarılıb.

“GÖRÜŞLƏR İLQAR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ OLUB”

Deyir ki, mərhum polkovnik Malik Mustafayevi nazirliyin əməkdaşı kimi qiyabi tanıyıb. Onun ölümündən bir müddət sonra intihar etdiyini eşidib: "Fikirləşdim ki, yəqin az əvvəl qardaşının həbs olunması ona pis təsir eləyib".

Buna da bax: General MTN-də saxlanılanlara xüsusi cihaz qoşulduğunu etiraf etdi

Mustafayev qardaşlarından digəri Mətləblə həbsindən sonra bir neçə dəfə MTN-də görüşdüyünü deyən şahidin sözlərinə görə, bu görüşlərin hamısı Antiterror Mərkəzinin rəis müavini, həbsindən iki ay sonra - 2015-ci ilin dekabrında təcridxanada özünü öldürən MTN polkovniki İlqar Əliyevin göstərişi ilə olub. Bu görüşlərin biri rəis müavininin xidməti otağında baş tutub.

Bu gün məhkəmədə Eşqin Xəlilov, Binəqədi Rayon İcra Şöbəsinin əməkdaşı Şahmalı Əhmədov şahid qismində dindirilib. Ardınca Elçin Quliyev məhkəmə istintaqının yekunlaşması, çıxışlar mərhələsinin başlanmasını təklif edib.

Zərərçəkmiş Mətləb Mustafayev məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. Deyib ki, onun həbsi və qardaşının ölümü ilə bağlı ittiham aktında adı olan bütün şahidlər dindirilməyib. O həmçinin əlavə şahidlərin də məhkəmədə dindirilməsini istəyib.

Buna da bax:​ Məhkəmədə MTN generalının üzünə su atdılar

Amma hakimlər də, prokuror da indiyədək keçirilən dindirmələrlə kifayətlənməyi məqsədəuyğun sayıb. Hakim bildirib ki, növbəti məhkəmə iclasında istintaqın yekunlaşması haqda qərar qəbul olunacaq.

MTN generalının işi üzrə növbəti məhkəmə iclası isə oktyabrın 2-nə təyin olunub.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır. E.Quliyev onun tabeliyində işləmiş Azər Mehdiyevlə birlikdə mühakimə olunur.

Buna da bax: MTN generalı: 'Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər'

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin 20-dən artıq yüksəkçinli əməkdaşı saxlanıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG