Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:39

Şahid: 'Ulu öndərin Cənubda dostu bir mən idim, bir də Xanış kişi'


Keçmiş MTN binası
Keçmiş MTN binası

MTN polkovniki Vüqar Güləli indi dələduzluq suçlaması ilə məhkəmə qarşısına çıxarılıb. Amma tək deyil. Penitensiar Xidmətin işçisi olmuş Vüqar Əsədov və daha üç nəfər – Ceyhun İbayev, Anar İsmayılov Nicat Əliyev də onunla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

MTN polkovniki və digər dörd nəfər yaxınlarını həbsdən buraxdırmaq və başqa adlarla adamlardan pul alıb, onları aldatmaqda təqsirləndirilir. Zərərçəkmişlərdən biri də Səriyyə Tahirovadır. İttihama görə, həyat yoldaşını həbsdən azad etməkdən ötrü ondan 147 min pul alınıb.

Buna da bax:​ MTN generalı: 'Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər'

“ULU ÖNDƏRİN DOSTU OLMUŞAM”

Sentyabrın 5-də keçirilən məhkəmədə Səriyyə Tahirovanın qayınatası Əlihüseyn Mahirov ifadə verib. Vaxtilə Prezident Heydər Əliyevlə dost olduğunu deyən şahid gəlininin bu qədər pulu verməsindən xəbərsiz olduğunu söyləyib: "Mən uzun illər məhkəmə sistemində, polisdə işləmişəm. Ulu öndərin dostu olmuşam. Cənub zonasında onun dostu bir Xanış kişi idi, bir də mən. Bizimlə görüşürdü.

Ceyhun İbayev mənim qohumumdu. Bir gün zəng elədi ki, "oğlunun həbsdən azad olmasını istəyirsənsə, beş min manat gətir, həll eləsinlər". Pulu düzəltdim, dedim ki, "mən də gəlim?" O, "yox, sən gəlmə, işi korlayarsan" dedi. Mən evdə qaldım. Mən sonra bildim ki, 147 min manat verilib. Həmin pulların verilməsindən xəbərim olmayıb".

Buna da bax:​ 'MTN işi': 'Rəhbər, təşkilatçı kim olub, rol bölgüsü necə olub?' [video]

Şahidin sözlərinə görə, gəlini pulu verəndən sonra qorxudulub. Deyir ki, pulu Ceyhun İbayev alıb, amma Vüqar Əsədov onun başına oyun açıb: "Məni Lənkərana və Lerikə apardı. Guya orada onun əmisi işi həll edəcəkdi. Maşın yolda az qaldı aşsın. Günah Ceyhundadı. Çünki pulu almışdı, gərək mənə də bu barədə deyərdi. Mən ulu öndərlə görüşən adam olmuşam. Qorxublar mənə deməyə, birdən kiməsə çatdıraram".

“77 MİN MANATINDAN XƏBƏRİM OLUB”

Təqsirləndirilən MTN polkovniki 147 min manat almadığını söyləyir: "Bu pulun 77 min manatından xəbərim olub. 7 mini işi həll etmək üçün vermişəm. 47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm, düzünü danışacam. Gərək haqqına danışaq".

Şahid Elçin Orucov isə deyir ki, onu polisə işə düzəltmək üçün atasından 8 min manat alıblar. Amma nə iş düzəlib, nə də pul qayıdıb.

Buna da bax:​ 'Cəlal Əliyev ərimdir' dedi... və 12 il həbs cəzası aldı

Məhkəmədə təqsirləndirilən MTN polkovniki işi aparan müstəntiqin çağrılıb dindirilməsini istəyib.

Vəkillər ondan niyə xeyli müddət qaçıb gizləndiyini soruşanda isə suala belə cavab verib: "Gedən qatara kəllə ataram?! Əgər müəyyən məsələləri danışmağımı istəyirsinizsə, məhkəməni qapalı eləyin".

Məhkəmə sentyabrın 14-də davam edəcək.

Təqsirləndirilən şəxslərdən ikisi həbsdədir, V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG