Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Zelenski Mustafa Cemilevi Ukrayna Qəhrəmanı titulu ilə təltif edib


Mustafa Cemilev. 1987
Mustafa Cemilev. 1987

Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatarlarının lideri və insan haqları fəalı Mustafa Cemilevi Qızıl Ulduz Ordeni və Ukrayna Qəhrəmanı fəxri adı ilə təltif edib. Cemilev həyatının çox hissəsini sovet, daha sonra isə Rusiya repressiyası ilə mübarizə aparıb.

Noyabrın 13-də Kiyevdə Cemilevin 80 illiyi münasibətilə mərasim keçirilib.

Cemilev Krım tatarlarının özünüidarə orqanı olan Məclisə bu qurum təsis olunandan – Ukraynanın Sovet İttifaqından müstəqillik əldə etdiyi 1991-ci ildən 2013-cü ilədək rəhbərlik edib. O, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə Kiyevin tərəfini tutub, daha sonra Kreml onun öz doğma torpağına girişini qadağan edib.

Özbəkistan həyatı

Moskva bundan öncə də Cemilevin Krıma girişini yasaqlamışdı. O, uşaq ikən, İkinci Dünya müharibəsi vaxtı sovet diktatoru İosif Stalin tərəfindən digər Krım tatarları ilə birlikdə Orta Asiyaya deportasiya olunmuşdu.

Musatafa Camilovu Krıma buraxmadılar (rus dilində)
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

Cemilev noyabrın 13-də AzadlıqRadiosuna (RFE/RL) deyib ki, hələ yeniyetmə olanda sovet Özbəkistanında Krım tatarlarının gizli müqavimət hərəkatında iştirak edib. O, ailəsi ilə Özbəkistana deportasiya olunmuşdu.

Cemilev sovet dövründə aparıcı insan haqları fəalı olub, 1966-cı ildən 1986-cı ilədək sovet həbsxanalarında altı dəfə cəza çəkib. O, həmçinin sovet insan haqları hərəkatı tarixində ən uzunmüddətli – 303 günlük aclıq aksiyası keçirməsi ilə tanınır.

1980-ci illərin sonlarında sovet lideri Mixail Qorbaçov "yenidənqurma" və "aşkarlıq" adı ilə tanınan islahatlara başlayanda Cemilev də, minlərlə tatar kimi, doğma vətəninə qayıdıb.

O, daha son Ukrayna parlamentində Krımı təmsil edib.

Cemilev Rusiyanın qanunsuz ilhaq etdiyi Krımda qalan etnik tatarların hüquqları uğrunda mübarizəni davam etdirib.

Təxminən 10 il öncə Krımı işğal edən Rusiya yarımadada Moskvanın idarəçiliyinə qarşı çıxan türkdilli azlıq üzvlərini sıxışdırıb, onlarla Krım tatarını həbsə atdırıb.

XS
SM
MD
LG