Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Neftin qiyməti kəskin düşür, dollar kəskin bahalaşır


Sentyabrın 23-də neftin qiyməti 5 faiz düşüb. Bu, son səkkiz ayda neftin ən aşağı qiymətidir

Sentyabrın 23-də neftin qiyməti 5 faiz düşüb. Bu, son səkkiz ayda neftin ən aşağı qiymətidir.

Reuters agentliyi yazır ki, neft qiymətlərinin düşməsi adətən dolların bahalaşması ilə müşayiət olunub.

Dollar əslində son iki onillikdə ən yüksək qiymətinə çatıb.

Ekspertlər bildirirlər ki, dolların bahalaşması dünyanın böyük iqtisadiyyatlarının resessiya təhlükəsi ilə üzləşməsi riskini artırıb.

Brent markasından olan neftin fyuçers qiyməti 4.75 dollar və ya 5.3 faiz azalaraq bir barrel üçün 85.71 dollara düşüb.

Texas neftinin qiyməti 6 faiz ucuzlaşıb və bir barrel üçün 78.30 dollara enib.

Bu, bir həftə ərzində 8 faiz uculaşma deməkdir.

Sənaye mənzərəsi: tütünü, kərə yağını xaricdən almasın deyə, Azərbaycan nələr etməlidir?
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

İqtisadi yavaşıma

Reuters ekspertləri qeyd edirlər ki, neftin qiyməti son dörd həftə ərzində düşməkdə davam edir.

Belə bir hal ötən dekabrdan bəri ilk dəfədir ki, baş verir.

Brent markasından olan neftin qiyməti yanvar ayından bəri ən aşağı həddinə enib.

ABŞ Federal Ehtiyat Sistemi bu həftə uçot dərəcəsini 75 baza bəndi qədər qaldırıb.

Dünya boyunca başqa mərkəzi banklar da uçot dərəcəsini qaldırıblar, bu isə öz növbəsində iqtisadi yavaşıma riski yaradıb.

Ekspertlər qeyd edirlər ki, dolların bahalaşması neftə tələbatı azaldır. Bu onunla bağlıdır ki, yanacağın başqa valyutalarla qiyməti xeyli artmış olur.

Avrozonada isə Rusiyadan qaz idxalının azalması ilə bağlı enerji qiymətlərinin artması hökumətləri qənaətə məcbur edir.

XS
SM
MD
LG