Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:46

Evləri sökülənlər: 'Kompensasiya istəmirik, ev versinlər'


Arxiv fotosu
Arxiv fotosu

"Evlərimizin hər kvadratmetrinə görə 1500 manat təklif edirlər. Bizsə deyirik ki, kompensasiya istəmirik, ev versinlər".

Paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 25 ünvanındakı yaşayış binasının sakinləri AzadlıqRadiosu-na belə deyirlər.

Bu ilin iyulunda Nəsimi Rayon İcra Hakimiyyətinin və Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndələri sakinlərlə görüşərək, sözügedən binanın yaxın vaxtlarda söküləcəyini söyləyiblər. Həmin ünvanda yaşayan Dilarə Səfərəliyevanın sözlərinə görə, binanın sökülməsi barədə bildiriş də alıblar. Lakin bildirişdə təklif olunan kompensasiyanın məbləği sakinləri qane etməyib:

Buna da bax:​ 168 ailə nə yerdədir, nə göydə...

“Lökbatana köçürüləcəyəmsə...”

"Burda 32 ailə yaşayır. Evlərin kvadratı çox kiçikdir - məsələn, 1 otaqlılar 14-28; 2 otaqlılar 30-40 kvadratmetrdir. Təklif olunan kompensasiyayla Bakının mərkəzindən ən uzaq yerdə də ev almaq mümkün deyil. Bilirik ki, göyə də çıxsaq, yerə də girsək, kompensasiyanın məbləğini artıran deyillər. Ona görə də yaxınlıqdadırsa, hazırkı evlərimizin kvadratına uyğun, uzaqdadırsa, hazırkı evlərimizin ölçüsündən böyük ev istəyirik. Məsələn, əgər mən şəhərin mərkəzindəki evimi bunlara verib Lökbatana köçürüləcəyəmsə, nəyə görə 15 kvadratlıq evdən elə 15 kvadratlıq evə köçməliyəm? Mənim də marağım olmalıdır, axı ora köçmək üçün... Heç olmasa, iriölçülü ev verilsin ki, biz də razılaşaq...".

Buna da bax:​ Milabad sakinləri: '10 ildir kanal suyunun içində yaşayırıq'

Eyni ünvanda yaşayan Turan Zeynalov deyir, ailələr prezidentə, birinci vitse-prezidentə, baş nazirə, maliyyə nazirinə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədrinə müraciət etsələr də, hələ müraciətə cavab verilməyib:

“Sakinlərə ədalətli kompensasiyanın veriləcəyi vəd olunsa da, sonradan bildirdilər ki, 1500-dən yuxarı kompensasiya mümkün deyil. Nazirlər Kabinetinin qərarı belədir. Bu kompensasiya ilə yaxın ərazidə ev almaq mümkün deyil, burada təmirsiz mənzillərin kvadratmetri, azı, 2500 manata satılır. Məsələn, 1 otaqlı, aşağı ölçüdə olan mənzillərin qiyməti, azı, 85 min manatdır".

Buna da bax:​ Gəncə sakini: 'Hökumətdən heç nə istəmirik, yaşamağa imkan versin'

“Kompensasiyanı biz təyin etmirik”

Nəsimi Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, bina yolu genişləndirmək üçün sökülür: "Sakinlərlə danışılıb, bu qərar bizim yox, Nazirlər Kabinetinin qərarıdır, kompensasiyanı biz təyin etmirik".

XS
SM
MD
LG