Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:40

Nevzorov 8 illik qiyabi həbsə məhkum edilib


Aleksandr Nevzorov
Aleksandr Nevzorov

Moskvada məhkəmə Rusiyanın ən tanınmış televiziya jurnalistlərindən Aleksandr Nevzorovu Ukraynadakı müharibəyə cəlb olunmuş silahlı qüvvələri guya gözdən salmağa görə 8 il həbsə məhkum edib.

Basmannı məhkəməsi hökmü fevralın 1-də çıxarıb. Prokuror Kremlin tənqidçisinə 9 il həbs cəzası istəmişdi.

Cinayət işi niyə açılıb

İstintaq Komitəsi ötən ilin martında Nevzorova qarşı Instagram və YouTube sosial şəbəkələrində dediklərinə görə cinayət işi açıb. Jurnalist Ukraynanın Mariupol şəhərində doğum evinə ölümcül zərbəni, Buça şəhərində dinc sakinlərə işgəncə verilməsini, onların qətlini tənqid etmişdi.

Mayda Moskva məhkəməsi Nevzorov Rusiyaya qayıdacağı halda onun iki aylıq saxlanması barədə qərar çıxarıb.

Nevzorovun Leninqrad vilayətindəki əmlakına həbs qoyulub. Basmannı məhkəməsi bu qərarı jurnalist təqsirli bilinəcəyi halda mümkün cərimələrin ödənməsini təmin etməklə izah edib.

Hazırda Kanadada səfərdə olan Nevzorov Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü haqda mühazirələr oxuyur. O, Avropa İttifaqının açıqlanmayan ölkəsində yaşayır.

Ötən ilin iyununda Ukrayna Prezidenti Volodimir Zelenski Nevzorova və həyat yoldaşı Lidiyaya Ukraynaya “qeyri-adi xidmətlərinə görə” vətəndaşlıq verib.

Qanun

Ötən il fevralın 24-də Ukraynanın işğalına başlayan Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “hərbi əməliyyatları” haqda “bilərəkdən saxta informasiya” yaymağa görə uzunmüddətli həbs cəzaları kəsib.

Qanunda belə bir pozuntuya görə 10 ilədək, Rusiya ordusu haqda “ciddi nəticələrə” gətirən “qəsdən saxta informasiya” yaymağa görə 15 ilədək həbs nəzərdə tutulub.

YouTube kanalında Putin və hpkumətini Ukraynadakı müharibəyə görə sərt tənqid edən Nevzorov ittihamları rədd edir, öz fikrini ifadə etmək hüququ olduğunu deyir.

XS
SM
MD
LG