Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Nigar Köçərli: "Polis məni təhqir etdi"


Nigar Köçərli
Nigar Köçərli

-

"Məni qarət edirlər, kömək üçün polisə müraciət edirəm, əvəzində isə məni təhqir edirlər, qorxudurlar və incidirlər!"

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi Rayon Polis İdarəsinin rəisi tərəfindən təhqir olunduğunu iddia edir.

N.Köçərli bildirir ki, onu fevralın 15-də Nəsimi polis idarəsinə dəvət ediblər. Dəvət onun 2015-ci ildə “Əli və Nino” kitab mağazasından oğurluq edilməsi ilə bağlı açılan cinayət işinin araşdırılmamasından Prezident Aparatına şikayət verməsi ilə bağlı olub.

Fevralın 16-da Nəsimi polis idarəsinə gedən N.Köçərlini idarənin rəisi, polis polkovniki Musa Musayev, rəis müavini Nadir Aslanov, şöbə rəisi Oruc Rzayev, cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə birlikdə qəbul edib. N.Köçərli deyir ki, orda polisdən şikayətə görə onu təhqir ediblər, Musa Musayev onun üstünə qışqırmağa, hədələməyə, təhqir etməyə, söyməyə başlayıb. N.Köçərli çətinliklə idarəni tərk edə bildiyini deyir.

“15 ildən artıqdır ki, mən kitab fəaliyyətilə məşğul oluram, ölkədə təhsili və oxumağı təbliğ edirəm. 7 il əvvəl mən ölkədə ən böyük ədəbi layihə olan Milli kitab mükafatını təsis etdim. Bütün 15 illik fəaliyyətim ərzində mən ölkəmin layiqli vətəndaşı olmağa çalışıram: müntəzəm olaraq vergi ödəyirəm, ictimai və sosial fəaliyyətdə iştirak edirəm. Məni - nəşriyyatçını, namuslu insanı qarət edirlər, kömək üçün polisə müraciət edirəm, əvəzində isə məni təhqir edirlər, qorxudurlar və incidirlər!" - deyə N.Köçərli Facebook statusunda yazıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu məlumatın tamamilə yalan olduğunu bildirib: (Musavat.com)

“Bilərəkdən özünü ictimai rəyə mədəni, İdarə rəhbərliyini guya kobud şəkildə təqdidm etməyə çalışan xanım öz əsassız və məntiqsiz ittihamları ilə idarədə növbəti dəfə əsib-coşub və belə "mədəni" davranışı ilə təcrübəli polis əməkdaşlarını, sözün həqiqi mənasında, şoka salıb... İdarənin rəisi isə bu xanımı etikaya, intizama dəvət etməyə çalışsa da N.Köçərli yenə öz ampluasında olub, sayğısızcasına, nümayəşkaranə şəkildə kabineti tərk edib."

2015-ci ilin sentyabrında “Əli və Nino” ofisindən 13.216 manat oğurlanıb. Oğurluq hadisəsi hələ də açılmayıb.

Buna da bax...

Kəmaləddin Heydərov: "Tikinti şirkətlərinə heç bir maneə olmayacaq"
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

XS
SM
MD
LG