Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:43

Ukrayna üçün Aİ-yə ‘kəsə yol yoxdur’


Olaf Şolts
Olaf Şolts

Şoltsun mayın 19-da dediyinə görə, ayın sonunda Aİ sammitində “Qərbi Balkanların Aİ-yə məxsus olmasına dair aydın mesaj verəcək”

Almaniyanın Kansleri Olaf Şolts deyir ki, Rusiyanın işğalına baxmayaraq, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü sürətləndirilə bilməz. Kiyev isə bu bəyanatı “ikinci dərəcəli” davranış kimi dəyərləndirib.

“Aİ-yə aparan kəsə yol yoxdur”, – Şolts mayın 19-da Almaniya parlamentində deyib. Onun sözlərinə görə, Ukraynaya müstəsna münasibət bloka üzv olmaq istəyən Qərbi Balkan ölkələrinə haqsızlıq olardı.

“Üzvlük prosesi bir neçə ayın, yaxud ilin işi deyil”, – Şolts vurğulayıb.

Kansler Ukraynaya qısa müddətə kömək üçün digər yollara əl atmağa çağırıb. Onun sözlərinə görə, prioritet “Ukraynaya cəld və praqmatik dəstəyə konsentrasiya olunmaq”dır.

Makronun təklifi

Fransa Prezidenti Emmanuel Makron da Ukrayna kimi namizədin Aİ-yə qoşulmasının “onillər” çəkəcəyini deyib. Makron təklif edib ki, blokdan kənar daha geniş siyasi təşkilat yaradılsın, hətta Britaniya ora salınsın.

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Şoltsun bəyanatını tənqid edərək, Aİ-nin bəzi üzvlərinin Kiyevə qarşı “ikinci dərəcəli yanaşma” sərgilədiyini deyib.

“Son illər Aİ-nin bəzi paytaxtlarının Ukraynanın Avropa perspektivilə bağlı göstərdiyi strateji ikimənalılıq iflas edib və buna son qoyulmalıdır”, – Dmitro Kuleba Twitter-də yazıb.


Onun sözlərinə görə, bu yanaşma yalnız Rusiya Prezidenti Vladimir Putini “cəsarətləndirib”.

Kuleba deyir ki, Ukraynaya “ikinci dərəcəli yanaşma” “ukraynalıların hisslərinə toxunur”.

Sammitdə aydın mesaj veriləcək

Şoltsun mayın 19-da dediyinə görə, ayın sonunda Aİ sammitində “Qərbi Balkanların Aİ-yə məxsus olmasına dair aydın mesaj verəcək”.

“Onlar illərdir intensiv islahatlar aparır, üzvlüyə hazırlaşırlar”, – Şolts deyib.

“Bizim onlara verdiyimiz vədi tutmağımız öz etibarımızla bağlı məsələdir. Onların inteqrasiyası bu gün həmişəkindən daha çox strateji marağımızdadır”, – o vurğulayıb.

27 üzvlük blokun liderləri oktyabrda Sloveniya sammitində Qərbi Balkanlardan altı namizəd ölkənin üzvlüyü üçün konkret qrafik təklif etməyib, yalnız o vurğulanıb ki, blok “genişlənmə prosesinə sadiqdir”.

Aİ-nin bəyanatı Albaniya, Bosniya, Serbiya, Monteneqro, Şimali Makedoniya və Kosovo tərəfindən məyusluqla qarşılanmışdı.

XS
SM
MD
LG