Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:29

Özbəkistan məhkəməsi 1929-1931-ci illərdə sovetə qarşı döyüşənlərə bəraət verib


Daşkənddə repressiya qurbanları muzeyi
Daşkənddə repressiya qurbanları muzeyi

Özbəkistanın Ali Məhkəməsi 240 nəfərə qarşı ittihamla açılmış 5 cinayət işini yenidən nəzərdən keçirib.

Ali Məhkəmənin məlumatında deyilir ki, bu şəxslər sovet hakimiyyətinə qarşı silahlı müqavimətdə və ya “basmaçılıqda” ittiham olunmuşdular.

Məhkəmə sözü gedən şəxslər barədə bəraət qərarı çıxarıb.

Məlumatda deyilir ki, bəraət almış şəxslər 1929-1931-ci illərdə indiki Qaraqalpaqıstan, Surxandərya, Nəvai, Səmərqənd və Qaşqadərya vilayətlərində sovet hakimiyyətinə qarşı “qiyam və müqavimət” fəaliyyəti ilə məşğul olmuşdular.

Bu şəxslər Özbəkistan SSR və Qazaxıstan SSR-in vətəndaşları idilər.

100 min özbək

Bu ilin 19 aprelində Ali Məhkəmənin cinayət işləri üzrə kollegiyası 208 özbəkistanlıya qarşı 3 cinayət işinə yenidən baxaraq onların hamısına bəraət verib.

Bu şəxslər 1930-31-ci illərdə Mərkəzi Asiya üçtərəfli birləşmiş dövlət bürosunun qərarı ilə Sibir düşərgələrinə sürgün edilmişdilər.

AzadlıqRadiosunun Özbək xidməti yazır ki, bundan əvvəl repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə respublika işçi qrupu 408 nəfərə bəraət verib.

İndiyə qədər toplam 856 nəfər bəraət alıb.

Özbəkistanda bəraət almış basçamıların cinayət işi
Özbəkistanda bəraət almış basçamıların cinayət işi

2021-ci ilin 31 avqustunda Özbəkistan prezidenti Şavkat Mirziyoyev demişdi ki, SSRİ illərində 100 min özbək repressiya olunub və onlardan 13 min nəfəri güllələnib.

31 avqust prezidentin təşəbbüsü ilə hər il repressiya qurbanları günü kimi yad edilir.

XS
SM
MD
LG