Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

AzadlıqRadiosu Özbəkistanın enerji sektorunda Rusiya izini aşkarlayıb


Özbəkistan, yanvar, 2023-cü il
Özbəkistan, yanvar, 2023-cü il

AzadlıqRadiosunun araşdırması Özbəkistanın enerji sektorunun rusiyalı biznesmenlərlə dərin əlaqələrini və pis idarəçilik və korrupsiyayla bağlı daxili iddiaların olduğunu üzə çıxarıb. Bu biznesmenlər arasında Rusiya Prezidenti Vladimir Putinə yaxın maqnat Gennadi Timçenko da var.

Radionun özbək xidməti (Radio Ozodlik) aşkar edib ki, özbəkistanlı və rusiyalı şəxslər ölkədə yüzlərlə qaz yatağına nəzarəti ələ keçirib, əlverişli tikinti, qazma və ixrac hüquqları əldə ediblər, bu zaman şəffaf, rəqabətli tender keçirilməyib.

Daxili hesabatda nə deyilirdi

2020-ci ilin yanvarında xüsusi daxili hesabatda Prezident Şavkat Mirziyoyev administrasiyasına xəbərdarlıq olunurdu ki, ölkənin neft və qazi hasilatını gücləndirməyi hədəfləyən çoxmilyardlı layihələrlə bağlı problemlər var, siyasi əlaqələri olan şirkətlər həddən artıq şişirdilmiş qiymətlər qoyur. Bunu araşdırma üzə çıxarıb.

Bu araşdırma son onilliklərin ən soyuq qışlarından birini yaşayan Özbəkistanda elektrik enerjisinin tez-tez kəsilməsi və qaz çatışmazlığı fonunda yayılır.

Radio Ozodlik-in əldə etdiyi daxili idarələrarası hesabatda xəbərdarlıq edilir ki, Mirziyoyev hökumətinin enerji təşəbbüsləri qüsurludur, ölkənin enerji təhlükəsizliyinə risk yaradır.

Araşdırmada deyilir ki, Özbəkistanın qaz şəbəkəsinin ən böyük saxlancı Rusiya şirkətinə verilib. Bu şirkətin sahibinin Timçenko ilə biznes əlaqələri var. Timçenko isə Kremllə bağlılığına görə ABŞ və Aİ sanksiyaları altındadır.

Yüksək qiymətlər qoyan şirkətlər

O qədər də tanınmayan özbək biznesmen, Özbəkistan Buzlu Xokkey Federasiyasının başçısı Baxtiyor Fozilov Mirziyoyevin enerji proqramı çərçivəsində əsas tikinti və qazma şirkətlərinə nəzarət edir. Həmin şirkətlər xidmətlərə görə təyin etdiyi aşırı yüksək qiymətlər isə Özbəkistan hökumətinə yüzmilyonlarla dollara başa gəlir.

Rusiyalı biznesmen və Rusiya Şahmat Federasiyasının sədri Andrey Filatov Özbəkistanın bəzi qaz layihələrində böyük paylara malikdir, araşdırmada deyilir.

Bu hesabat Özbəkistanın enerji sektoruna aid minlərlə səhifəlik sənədlər sırasındadır. AzadlıqRadiosunun müxbirləri onu Ulster Universitetindən Kristian Lasletlə birlikdə öyrəniblər Laslet mövzu üzrə hesabat hazırlayır. Sənədlərə onlarla gizli hesabat, kommersiya razılaşmaları, daxili yazışmalar, çoxsaylı yurisdiksiyalarda yerləşən ofşor şirkətlərin korporativ sənədləri daxildir.

Ozodlik bu araşdırma çərçivəsində yüzlərlə sənəd, konfidensial hesabatlar, indiyədək ictimaiyyətə açıqlanmamış, Mirziyoyevin enerji proqramına bağlı prezident qərarlarını və bu proqramdan gəlir götürmüş, yaxşı əlaqələri olan şirkətlər və fərdlər barədə məlumatlar yayır.

XS
SM
MD
LG