Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Ruslan Bəşirlinin məhkəməsi


Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli. Məhkəməyə hazırlıq iclası, 31 mart 2006
Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli. Məhkəməyə hazırlıq iclası, 31 mart 2006
«Panorama»nın bu şənbə qonağı vəkil Osman Kazımovdur. Söhbətdə həmçinin «Media forum» saytının redaktoru Azər Qaraçənli və «Lider» televiziyasının əməkdaşı Vahid Abbas iştirak edir.

Bu həftə «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun iki müavininin məhkəməsinin hazırlıq iclası keçirildi. İclasda həm məhkəmə istintaqının vaxtı təyin edildi, həm də prosesin qapalı keçirilməsi ilə bağlı qərar verildi.

«Panorama»da suallara cavab verən vəkil Osman Kazımov dedi ki, məhkəmənin qapalı keçirilməsi düzgün deyil. Onun sözlərinə görə, bu məhkəmədə nə dövlət, nə ailə, nə də ictimaiyyətin bilməli olmadığı hər hansı bir sirr müzakirə edilmədiyindən, prosesin qapalı keçirilməsi siyasi sifarişdən xəbər verir.


Osman Kazımovun qənaətinə görə, ittihamnamədə iddia edildiyi kimi Ruslan Bəşirli Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşlarından dövlət çevrilişi məqsədilə pul alıbsa, bu, bütün ictimaiyyətin gözü qabağında sübuta yetirilməlidir.


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG