Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Paşinyan Putinə zəng edib


Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin (Arxiv fotosu)
Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin (Arxiv fotosu)

Martın 13-də Ermənistan tərəfinin təşəbbüsü ilə baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Bu barədə məlumatı Kremlin saytı verib:

“Söhbət zamanı Rusiya, Ermənistan və Azərbaycanın liderləri arasında 2020-2022-ci illərdə əldə olunmuş məlum razılaşmaların həyata keçirilməsinin praktik aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizlik, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, habelə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub”.

Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı Putin bütün yaranan problemlərin konstruktiv axarda və Rusiya sülhməramlıları ilə sıx təmas və əlaqələrdə həllinin zəruri olduğunu vurğulayıb.

Ermənistan Hindistandan yeni silahlar alır
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər daha sonra da bölgədə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG