Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:37

'Rusiyada kişilərin pensiya yaşı 60, qadınlarınkı isə 55-dir'


Rövşən Ağayev.
Rövşən Ağayev.

“Pensiya yaşı orta yaş həddi əsasında müəyyən olunur. Beynəlxalq standartlara əsasən, insan pensiyaya çıxdıqdan sonra ən az 12 il pensiya almaq imkanına malik olmalıdır”.

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

O qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində və Yaponiyada orta ömür müddəti 80-83 yaşdır. Buna görə orada pensiya yaşı 65-67-dir.

Buna da bax:​ Hadı Rəcəbli pensiya yaşının artırılması haqda: 'Əhalinin ömrü uzanıb'

Rusiyada 55, Azərbaycanda 65 yaş...

“Azərbaycanda da pensiya yaşını kişilər və qadınlarda 65 yaşa qaldırmaq istəyirlər. Rəsmi statistikaya görə, bizdə kişilərin orta ömür müddəti 72 yaş, qadınların 75 yaşdır. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür müddəti ondan da az - 70 ildir. Buna görə Azərbaycanda ən az 12 il pensiya almaq standartına riayət olunmayacaq”, deyə ekspert qeyd edib.

İqtisadçı deyib ki, Rusiyada da orta ömür müddəti 70-72 ildir. Amma orada kişilərin pensiya yaşı 60, qadınların isə 55-dir.

O hesab edir ki, pensiya yaşının 65 yaşa qaldırılması ölkədə demoqrafik vəziyyətə mənfi təsir edəcək və bunun sosial nəticələri olacaq. Xüsusən, 60 yaşdan yuxarı olan şəxslərin işlə təmin edilməsi kifayət qədər çətindir. Buna görə heç bir gəliri olmayan işsizlərin sayı artacaq.

Buna da bax: 'Ömür qısalır, pensiya yolu uzanır'

Hakimiyyət yaşlıların sosial yükünü üzərinə götürməkdən imtina edir

Ağayevin sözlərinə görə, pensiya yaşının artırılması hakimiyyətin yaşlı insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtinası deməkdir. Bu, öz növbəsində, ölkədə yoxsulluq səviyyəsinin artmasına gətirib çıxaracaq.

Bu vəziyyətin iqtisadi səbəblərinə toxunan Ağayev neft bumu dövrünün başa çatdığını və postneft dövrünün başladığını vurğulayıb.

“Qeyri-neft sektoru dövlət büdcəsinin və sosial fondun çox kiçik hissəsini təşkil edir. Buna görə hakimiyyət bu yükü öz üzərindən atmağa çalışır və avtomatik olaraq yük vətəndaşların ailələrinin üzərinə keçir”, deyən Ağayev əlavə edib ki, bu, təkcə yoxsulluğun artmasına gətirib çıxarmayacaq, həm də sosial gərginliyi artıracaq.

Buna da bax:​ İş stajı və pensiya yaşı artırılır

O, həmçinin qeyd edib ki, milli valyutanın iki devalvasiyasından sonra hakimiyyət əmək haqqı və pensiyaların indeksasiyasını lazımı qaydada aparmayıb.

XATIRLATMA

Milli Məclisin Əmək və sosial siyasət komitəsi fevralın 28-də «Əmək pensiyaları haqqında» Qanuna təklif olunan dəyişiklikləri müzakirə etmişdi. Pensiya qanununa 98 dəyişiklik təklif edilir.

Dəyişikliklər, əsasən, pensiya yaşının və pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.

Buna da bax: Pensiya yaşına qədər yaşamaq...

Mövcud qanuna görə, kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxır. İndi bu yaş həddini 65-ə qaldırırlar. Üstəlik, Azərbaycanda orta ömür həddi ilə bağlı rəsmən açıqlanan rəqəmlərə ciddi şübhələr var.

Ancaq hakimiyyət rəsmiləri bunun əksini söyləyir.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur:

“Pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir.

XS
SM
MD
LG