Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:34

"Elə təqaüdçü var, işləyəndən çox pul alır, niyə kreditsiz qalsın"


İllüstrasiya
İllüstrasiya

►"Palata qadağalardan çox məhdudiyytlərə üstünlük versə, daha məqsədəuyğun olardı. Məsələn, pensiyaçılara verilən kreditin müddəti və məbləği azaldıla bilər."

Üç aydır fəaliyyətə başlayan Maliyyə Bazarlarına Nəzarət Palatası, əsasən, qadağalarla yadda qalıb.

Daha öncə - aprelin 5-də xarici valyutadakı istehlak kreditlərini bir aylıq müddətə yasaqlayan Palata ardından pensiyaçılara kredit verilməsini dayandırıb.

Belə qadağaların başlıca səbəbi problemli kreditlərin sürətlə artmasıdır. Bu ilin fevral ayında yanvarla müqayisədə elə kreditlərin həcmi 15 milyon manat çoxalıb.

“Pensiyaçılara kredit vermək həmişə riskli olub”

Fins.az-a Azərbaycan Banklar Assosiasiyası adının açıqlanmasını istəməyən ekspert fins.az-a deyib ki, pensiyaçılara kredit vermək həmişə risk doğurub.

Onun sözlərinə görə, başlıca risk pensiyaçıların aylıq gəlirlərinin azlığından qaynaqlanır:

“Pensiyaçıların əksəriyyəti əhalinin digər kateqoriyaları - gənc və orta yaşlı insanlarla müqayisədə daha az gəlir əldə edirlər. Bu da son nəticədə banklara problem doğurur. Krediti gecikdirən yaşlı insana qarşı sərt tədbirlər görmək də çətindir”.

Pensiyaçılarla bağlı digər risksə onların krediti ödəyib qurtarmadan vəfat etməsidir:

“Hər bir insanın bəlli yaşam müddəti var. Pensiyaya çıxan insanın dünyasını dəyişmək ehtimalı böyükdür. Məsələn, banklar ipoteka krediti verəndə, şərt qoyurlar ki, kreditin qaytarılma müddəti müştəri pensiyaya çıxanadək başa çatsın. Bunu ona görə edirlər ki, borcun qaytarılmaması ehtimalı minimuma ensin. Pensiyaçılar vəfat edəndə, bank borcunun qaytarılması, adətən, problemə çevrilir. Varislər qaytarmaq istəmirlər, vərəsəlik məsələləri də gec həllini tapır. Bəzi banklar krediti sığorta etdirsələr də, pensiyaçı borclarının sığortalanmasında heç sığorta şirkətləri də maraqlı deyil”.

Bu qadağalar özüylə suallar da gətirir: Kreditlərinə qadağa qoyulan banklar necə savranacaq? Belə yasaqlar problemi çözə bilərmi?

“Palatanın fəaliyyəti, hələlik, önləyici addımlara yönəlib”

Samir Əliyev
Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev deyir ki, bu gün bank sektorunda kreditlərin geri qaytarılması ilə bağlı həllini tapmayan problemlər var:

“Palatanın fəaliyyəti, hələlik, önləyici addımlara yönəlib. Başqa sözlə, mövcud problemlərin həllindən çox, gələcəkdə baş verə biləcək problemlərin qarşısının alınması əsas götürülür və bütün siyasət ona uyğun aparılır. Xarici valyutada istehlak kreditlərinin yasaqlanması, pensiyaçılara kreditlərin dayandırılması və s. bundan irəli gəlir”.

Ekspertin fikrincə, belə addımlar banklara problem yaradır:

“Əlində milyardlarda dollar olan banklar dollarla kredit verə bilmirsə, üstəgəl, manatı yoxdursa, əlbəttə, bu qərar onun fəaliyyətində problem doğuracaq”.

___________________________________________________________

Bunlara da bax:
Emin Millinin qaynına 3 il şərti cəza verildi
«Murad Ədilov özü cinayətin qurbanıdır»

___________________________________________________________

“Palatanın son qərarları uzunmüddətli olarsa...”

S.Əliyevin sözlərinə görə, pensiyaçılara tətbiq edilən qadağa daha çox bir neçə banka zərbə vuracaq:

“Pensiyaçıların kreditə əlçatanlığı da mümkünsüz olacaq. Fikrimcə, bu baxımdan, Palata qadağalardan çox məhdudiyytlərə üstünlük versə, daha məqsədəuyğun olardı. Məsələn, pensiyaçılara verilən kreditin müddəti və məbləği azaldıla bilər. Xarici valyutada kredit qadağası da yalnız qazancı manatla olan istehlakçılara tətbiq edilsin. Palatanın son qərarları uzunmüddətli olarsa, bankların maliyyə durumu daha da pisləşəcək”.

“Atılan addımlar islahat deyil”

Bank məsələləri eksperti Əkrəm Həsənov belə addımları islahat saymır:

“Təbii ki, islahat sistemli olmalıdır. Atılan addımlar islahat deyil, mövcud problemlərin müvəqqəti həllidir. Palata quruculuq dövrünü yaşayır və hələ tam formalaşmayıb. Hələlik, Mərkəzi Bankla təhvil-təslim işləri aparır, işçi heyətini toplayır və s. Ondan, indilik, islahatlar gözləmək əbəsdir. Palatanın işinə payızdan tez qiymət vermək mümkün deyil”.

“Pensiyalar heç yaşamağa yetmir”

Bununla belə, atılan bu müvəqqəti addımları düzgün sayan ekspert sözünə davam edərək deyir:

“Dollarla istehlak kreditləri əhalini ciddi problemlə üzləşdirir. Bu üzdən, Palata kredit bataqlığından çıxmaq baxımından, hələlik, bacardığını edir. Pensiyalar heç yaşamağa yetmir və bu səbəbdən pensiyaçılara kredit vermək, ümumən, təhlükəlidir. Ancaq bütün hallarda məsələyə fərdi yanaşma olmalıdır. Axı yüksək pensiya alanlar da var. Yəqin ki, Palata sonradan bu məsələni daha dəqiq tənzimləyəcək. Ümumiyyətlə, islahatlar ilk növbədə qanunvericilikdən başlanmalıdır. Ümid edirəm ki, payızda bunu görəcəyik”.

“Qərar iqtisadi məntiqlə izah oluna bilməz”

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ekspert Qubad İbadoğlunun fikrincə, iqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına, digər tərəfdənsə sosial müdafiə sisteminə ciddi zərbə vura bilər:

“Əvvala, məncə, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yalnışdır. Onlar fərqli kateqoriyada (dövlət qulluqçuları, hərbiçilər və s.) və müxtəlif səviyyədə təqaüd alırlar. Onların arasında bu gün işləyənlərin əmək haqlarından çox aylıq təqaüd alanlar da var. Pensiyaçılar arasında işləyənlər və fərdi bizneslə məşğul olanlar da vardır ki, onların da ödəmə qabliyyətinə şübhə etməyə dəyməz”.

“Palatanın gəliri olmayan tələbələrə kredit verilməsinə münasibəti necədir?”

Q.İbadoğlu bəzi pensiyaçıların bank əmanətlərinə də diqqət çəkir:

“Nəhayət, hətta işləməyən və depoziti olmayan pensiyaçının da borc vəsaitlərindən faydalanmaq hüququ var. Onlara bir çox ölkələrdə sosial kredit paketləri də təqdim olunur. Görəsən, pensiyaçılara kredit verilməsini qadağan edən palatanın, tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil alıdığı dövrdə ödəniş qabliyyəti ümumiyyətlə mövcud olmur”.

Buna da bax: “Adıma borc alınıb, məndən xəbərsiz…”

“Adıma borc alınıb, məndən xəbərsiz…”
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqLive proqramında (22 aprel)

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"
ReAL sədri İlqar Məmmədovu buraxmaya bilərlərmi?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (22 aprel)

Meydan TV ətrafında nə baş verir?

XS
SM
MD
LG