Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:40

Ombudsman Aparatı: "Polad Aslanov qida qəbul etdiyini bildirib"


Polad Aslanov
Polad Aslanov

Oktyabrın 10-da Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib.

Bu barədə Ombudsman Aparatından məlumat yayılıb.

Verilən məlumata görə, müəssisədə saxlama şəraiti və rəftar məsələləri, saxlanan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. “İnternet səhifələrində qida qəbul etməməsi ilə bağlı barəsində məlumat yayılan Polad Aslanov da fərdi qəbul edilib və görüş zamanı o, qida qəbul etdiyini bildirib”, qurum qeyd edir.

Xeberman.com saytının həbsdə olan redaktoru Polad Aslanovun dünən, oktyabrın 9-da ailəsinə zəng vuraraq aclıq aksiyasına başladığı bildirilirdi.

Bu barədə onun xanımı Gülmirə Aslanova məlumat vermişdi.

Onun dediyinə görə, əri oktyabrın 5-dən aclıq aksiyasına başladığını söyləyib. Gülmirə Aslanova bildirib ki, əri aclıq aksiyasının səbəblərindən danışarkən qeyd edib ki, qeyri-qanuni həbs olunub, istintaqı obyektiv aparılmır və heç bir əsas olmadan həbs müddəti əlavə olaraq 4 ay uzadılıb.

Amma onun aclıq aksiyasına başlaması ilə bağlı deyilənləri, Penitensiar Xidmətindən dəqiqləşdirmək mümkün olmamışdı.

Üstəlik, istintaqdan narazılığa da, hələlik, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və başqa rəsmi qurumlardan münasibət öyrənmək cəhdləri nəticə verməyib.

Xatırlatma

Polad Aslanov bu il iyunun 12-də saxlanıb, iyunun 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarı ilə barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.

O, cinayət məcəlləsinin (CM) 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunub ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

O isə ittihamı qəbul etmir. Ötən həftə, oktyabrın 5-də Səbail Rayon Məhkəməsində Polad Aslanovun həbs müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətin (DTX) müraciətinə baxılıb. Müraciət təmin edilib.

XS
SM
MD
LG