Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Polis maşınını əzən: 'Bunlar bezdirmişdi məni'


"Polis maşınını əzən adam". Karikatura. Gündüz Ağayev.
"Polis maşınını əzən adam". Karikatura. Gündüz Ağayev.

Bir müddət əvvəl yol polisi maşınını çəkiclə əzən və ardınca da külli miqdarda narkotik saxlamaqda suçlanan Şahin Bəylərovun mühakiməsi başlayıb.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Şahin Bəylərov yanvarın 9-da məhkəmədə ifadə verərkən deyib ki, yol polisləri özbaşınalıqları, təhqirləri ilə onu bezdirdiyindən, əsəblərini cilovlaya bilməyib, "BMW" markalı, 99-YP-423 dövlət nömrə nişanlı maşını əzib. Ş. Bəylərov üzərindən tapıldığı iddia edilən narkotikin ona heç bir aidiyyəti olmadığını vurğulayıb.

Buna da bax:​ Polis maşınını çəkiclə əzənin məhkəməsi başlayır [video]

“HİRSİMİ MAŞINA TÖKDÜM”

"Öz yolumla gedirəm, heç bir qayda pozuntusuna yol vermədiyim halda, adamı nə qədər saxlamaq, təhqir eləmək olar? Bunların özbaşınalığı bezdirmişdi məni. Ən axırıncı dəfə piyada keçidi ilə gedirdim. Yenə eyni hal təkrarlandı. Maşından başlarını çıxarıb qışqırdılar ki, ‘rədd ol yoldan’. Daha əsəblərimi cilovlaya bilmədim. Hirsimi maşına tökdüm", – Şahin Bəylərov bildirib.

Ş. Bəylərovdan narkotik tapıldığını iddia edən polislər də məhkəmədə dindirilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşı olan Aqil Səfərov bu gün şahid kimi məhkəmədə ifadəsində deyib ki, Şahin Bəylərov yol polisinin maşınını çəkiclə əzdiyi üçün bölməyə gətirilib. Polis iddia edib ki, bölmədə onun cibindən narkotik tapılıb. Aqil Səfərovun sözlərinə görə, Şahin narkotiki könüllü şəkildə təqdim edib, amma haradan, kimdən aldığını deməyib.

Buna da bax: Çəkic adam...

Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkkili Seyidağa Abbasov da Şahin Bəylərovdan narkotik tapıldığını deyib. Onun iddiasına görə, hal şahidləri də bunu görüblər.

Ş. Bəylərov isə polislərin yalan danışdığını, narkotikin ona heç bir aidiyyəti olmadığını bildirib. Əlavə edib ki, nə narkotikdən istifadə edir, nə də narkotik görüb.

Məhkəmə yanvarın 16-da davam edəcək.

Şahin Bəylərov 2016-cı il fevralın 17-də həbs olunub. İttihama görə, o, polis maşınının on şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Buna görə 18-ci polis bölməsinə gətiriləndən sonra cibindən 302,477 qram heroin tapıldığı iddia olunur.

Buna da bax:​ Polis maşınını əzən kim olub?

Şahin Bəylərova Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 221 (xuliqanlıq) və 234-cü (narkotik saxlama) maddələriylə ittiham verilib.

XS
SM
MD
LG