Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Nardaranlılar: "Meyitləri verin, basdıraq!.."


"Meyitləri verin, basdıraq!" - Nardaran hadisələrindən 2 il ötür
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Nardaranlılar: "Meyitləri verin, basdıraq!.."

►Kəndin işığı kəsilib...

Bakının Nardaran kəndinə getmək üçün iki postu ötməlisən.

Birində hüquq-mühafizə orqanlarıdı, o birində kənd camaatı. Hər kəs yoxlanılır, kəndə niyə getdiyinlə maraqlanırlar.

Səbəb isə noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 15-dək şəxs, o cümlədən “Müsəlman birliyi” Hərəkatının başçısı Taleh Bağırzadə həbs edildiyinə görə kənd camaatının İmam Hüseyn meydanına toplaşaraq etiraz etməsidir.

Əməliyyat zamanı dördü mülki şəxs, ikisi polis olmaqla altı nəfər ölüb.

Məşədi Natiq
Məşədi Natiq

Nardaran ağsaqqalı Məşədi Natiq Kərimov:

“Versinlər cənazələri, dəfn eləyək. Sonra başqa məsələləri həll edək. Biz danışıqdan qaçan adam deyilik. Deməyə sözümüz, danışmağa dilimiz də var. Birinci xahiş budur ki, meyitlər verilsin. Nə etmək istəyirlər? Qoşun yeritmək istəyirlər? Qan istəyirlər?”

Məşədi Natiq Kərimov hesab edir ki, Tale Bağırzadənin həbsi də qanunsuzdur. Onun sözlərinə görə, meydana toplaşanların radikallar deyil, sadəcə, dindar insanlardır.

Buna da bax: Ermənistan Sərsəng su anbarı haqda sənədə etiraz edir

Olaydan sonra İmam Hüseyn meydanına toplaşan nardaranlılar gecəni də meydanda keçiriblər. Yerli sakinlər hadisədən sonra kəndə hücum olacağını gözlədiklərini deyirlər. Bu səbəbdən də onlar meydanda çadır qurub. İsinmək üçün bir neçə yerdə tonqal qalayıblar.

Nardaranda noyabrın 27-dən səhər saatlarında elektrik enerjisinin verilməsi də dayandırılıb. “Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev mediaya açıqlamasında abunəçilərə dəfələrlə xəbərdaqlıq edilməsinə baxmayaraq, əhalinin borcunu ödəmədiyini, bu səbəbdən də qəsəbəyə verilən eneltrik enerjisinin kəsildiyini deyib.

Sakinlər isə əksini deyirlər. Onların fikrincə, işıqları bilərəkdən kəsiblər və bu, təzyiq vasitəsidir.

Nardaranda son günlər telefon və internetdə də problem var. Bununla bağlı isə aidiyyəti qurumlar hələ ki, heç bir açıqlama vermirlər.

XS
SM
MD
LG