Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:32

Prezident imzasını gözləyən sənəddə QHT-lərə yaşıl işıq?


Karikatura
Karikatura

►“Hökumət vətəndaş cəmiyyətinin inkişafında səmimidirsə, qanunu dəyişdirsin”

Açıq Hökumətin təşviqi ilə bağlı hazırlanan Milli Fəaliyyət Planı ölkə rəhbərinə təqdim olunub.

Həmin planda korrupsiyaya qarşı mübarizə və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı təkliflər də öz əksini tapıb.

Özəl sektoru donorluğa həvəsləndirmək

Fəaliyyət Planının hazırlanmasında yaxından iştirak edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev AzadlıqRadiosuna açıqlamasında təkliflərin detallarına varmasa da, deyir ki, QHT-lərlə bağlı qanunvericilikdə dəyişikliklər nəzərdə tutulub:

“QHT-lərin qeydiyyata alınması prosedurunun sadələşdirilməsini təklif etmişik”.

Əliməmməd Nuriyevin sözlərinə görə, xarici donor təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsi, qrantların qeydiyyata alınması və bildirişlərin verilməsi kimi məsələlər də planda öz əksini tapıb.

O əlavə edir ki, özəl şirkətlərin də vətəndaş cəmiyyəti sektoruna donorluq etməsini stimullaşdırmaq məqsədilə müəyyən təkliflər verilib.

Müsahibimiz deyir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasında vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı ayrıca milli proqramın müzakirəsi gedir. Onun sözlərinə görə, bundan başqa, QHT sektorunda son illərdə müşahidə olunan vəziyyətlə bağlı geniş hesabat hazırlanır. Əliməmməd Nuriyev vurğulayır ki, artıq heç bir QHT-yə qarşı cinayət təqibi yoxdur, vergi yoxlamaları dayandırılıb, həbs edilənlər azadlığa buraxılıb.

Təkcə qanunvericilik yox, qaydalar da dəyişdirilməlidir

“Vətəndaş cəmiyyəti ilə bağlı problemlərin aradan qaldırılmasından ötrü atılan addımların səmimiliyinə o zaman inanaram ki, qrant alınması ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər ləğv olunsun, bir də 15-dən çox QHT üzərindəki dondurulmuş cərimələr aradan qaldırılsın”.

Bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir.

O, açıq hökumətlə bağlı fəaliyyət planına bir sıra təkliflər irəli sürdüklərini söyləyir, ancaq hansının prezident imzası alacağını bilmir.

___________________________________________________________

Bunlara da bax:
Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"
Dronlar poçtalyona çevrilir- [Video]

___________________________________________________________

Mirvari Qəhrəmanlı deyir ki, təkcə müvafiq qanunvericilik yox, həm də icraedici orqanların qəbul etdiyi qaydalar dəyişdirilməlidir:

“Qrant haqqında qanuna son dəyişikliklər ləğv edilməsə, vətəndaş cəmiyyətinin inkişafından söz gedə bilməz. Nazirlər Kabineti, Ədliyyə Nazirliyi elə qaydalar qəbul ediblər ki, bu qaydalar altında işləməkdənsə, dayanmaq daha asan görünür”.

Müsahibimiz əlavə edir ki, dondurulmuş cərimələr QHT-ləri hər dəqiqə hədələyir: “Sanki hökumət demək istəyir ki, “bax ha, burdayam””, Mirvari Qəhrəmanlı əlavə edir.

“Qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə...”

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev deyir ki, 2016-2018-ci illəri əhatə edəcək “Açıq Hökumətin təşviqi” Milli Fəaliyyət Planına onlar da öz təkliflərini veriblər, ancaq hansının qəbul olunub-olunmayacağını bilmirlər:

Samir Aliyev: "Biz QHT-lərlə bağlı təkliflərimizi vermişik, amma hələ bilmirik ki, nələr nəzərə alınıb"
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

“Vətəndaş cəmiyyətinin inkişafı üçün müvafiq qanunvericilik dəyişməli, xarici donorlardan qrant alma proseduru sadələşdirilməlidir. Ən pis halda, iki il əvvəlki vəziyyətinə qaytarılmalıdır”.

Samir Əliyev deyir ki, QHT sektoruna nəzarət edən və ondan hesabat tələb edən qurumlar var, onların sayı azaldılmalıdır:

“Onsuz da Azərbaycanda QHT sektoru daha çox şəffaf işləyib, həm daxildən, həm donoruna görə xaricdən nəzarət olunub”.

Samir Əliyev əlavə edir ki, hökumət qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə, bunun yollarından biri də vətəndaş cəmiyyətinin inkişafıdır, çünki QHT sektoru cəmiyyətə fayda verən layihələr həyata keçirir, - o deyir.

“Əngəllər aradan qaldırılacaq”

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev hesab eləyir ki, vətəndaş cəmiyyətinin fəaliyyətinə əngəllər tezliklə aradan qaldırılacaq. O əlavə edir ki, artıq Azərbaycandakı bəzi hesabına həbs qoyulmuş xarici donorların fəaliyyəti bərpa olunub, yəni bank hesabları açılıb, o cümlədən, artıq Almaniyanın Marşal fondundan qrant alan QHT-lər öz layihələrinin icrasına başlaya biliblər.

Mirvari Qəhrəmanlı isə tələsməməyi, yaxın vaxtlarda imzalanacaq milli proqramı gözləməyi məsləhət bilir:

“QHT-lər qorxusuz-hürküsüz, əvvəlki kimi çalışa biləcəklər, ya yox? Bax, o zaman nəsə deyə bilərik”.

Buna da bax: Lavrov Qarabağa görə Türkiyəni ittiham edir

___________________________________________________________

Bunlara da bax:
Emin Millinin qaynına 3 il şərti cəza verildi
«Murad Ədilov özü cinayətin qurbanıdır»

___________________________________________________________

XS
SM
MD
LG