Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Prezident göstəriş versə də, deputat Hadi Rəcəbli deyir ki…


Hüquq müdafiəçiləri prezidentin köməkçisi ilə görüşdü. Kimlər əfv olunur?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Hüquqmüdafiəçiləri prezidentin köməkçisi ilə görüşdü. Kimlər əfv olunur?

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli martin 12-də deyib ki, prezident İlham Əliyev tapşırıq verib - 3 yaşa qədər uşaqlara verilən müavinətlər məsələsinə yenidən baxılacaq. Amma nə qədər və nə vaxtdan, bu hələ müzakirə edilir.

Hazırda yalnız yeni doğulan uşaqlara birdəfəlik 100 manat müavinət verilir.

Azərbaycanda 2006-cı ildə - ünvanlı sosial yardım sisteminin tətbiqi ilə uşaqlara aylıq müavinətin verilməsi dayandırılıb.

"Uşaqlarıma nisyə baxıram..."

Kürdəmir sakini, Sevda Zeynalova altı yaşlı qızını və körpə olan oğlunu tək böyüdür. Deyir ki, imkansızlıqdan uşaqlara doyunca yemək ala bilmir, iki-üç ayda bir dəfə ət üzü görürlər:

“Allaha and olsun, hər yerə borcum var. O uşaqlara ancaq nisyə baxıram. Ayda 200 manatdan çox xərcim çıxır. 12 manatdan çox çıxır uşaq yeməyinə. Ana südü qidası 10 manata. Canım olmadı, əməliyyat olunmuş adamam, qaçdı südüm, qorxdum. Mənə heç yerdən kömək yoxdur. Qızım sentyabrda dərsə getməlidir, gücüm yoxdur oxutmağa, balacaya yemək çatdırıb baxa bilmirəm, bir həftəyə alıram qurtarır, pul yoxdur, nisyə. Gərək heç olmasa, mənə ayda 300-400 manat gələ ki, bu uşaqlara baxa bilim”.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bu sahədə araşdırma aparıb deyir ki, builki büdcədə uşaqların sosial müdafiəsi xərclərinin ümumi daxili məhsulda payı maksimum 0.3-0.4 faizdir, amma məsələn, Finlandiya, Fransa və Almaniyada bu rəqəm 2.5-3,5 faizdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzi isə hökumətə təkliflər zərfi təqdim edib. Mərkəz 17 yaşına qədər uşaqların üç qrupa ayrılmasını, onlara 40 manatdan 80 manata qədər aylıq müavinətlərin ödənilməsini təklif edir. Bu təklifə görə, social durumlarından asılı olmayaraq bütün valideynlər yardım almalıdırlar. Amma deputat Hadı Rəcəbli deyib ki, müavinət həm varlıya, həm kasıba verilə bilməz.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev hələlik Azərbaycan reallığında, bu yardımın yalnız ünvanlı olmasını təklif edir:

“Ən real olan nədir? Ehtiyacı olan uşaqları doğru-dürüst aşkarlamaq. Avropada yoxsulluğun 15-20 faizə çatdığı bir zamanda bizdə 5% yoxsul var deyə bəyan edib gerçək yoxsulları dövlət sosial müdafiə sistemindən kənarda saxlamaq sosial ədalətsizlikdir. Hökumət bütün dünyada olduğu kimi müntəzəm olaraq uşaq yoxsulluğunu ayrıca ölçməli, ən çox ehtiyacı olan nə qədər uşaq varsa, hətta 17 yaşadək uşaqların 50%-i olsa belə, ilk növbədə onları müavinətlə təmin etməlidir”.

Azərbaycan özünü inkişaf etmiş ölkə sayırsa...

Bununla belə Rövşən Ağayevin araşdırmasında deyilir ki, bir çox inkişaf etmiş ölkələrdə uşaqpulu social vəziyyətindən asılı olmayaraq hər kəsə verilir.

Məsələn, Estoniyada 17 yaşadək bütün uşaqlara dövlət müavinət verir, yəni ölkədə selektiv deyil, universal uşaq sosial müdafiə sistemi mövcuddur. Məsələn, 4 uşaqlı ailələr dövlətdən ayda 320 avro müavinət alır. Bundan əlavə, Estoniyada yeni doğulan uşağa görə ailə birdəfəlik 320 avro, uşaqlar əkiz olduqda 1000 avro müavinət alır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib. Onlar bir uşağa baxmağın xərci nə qədərdir sualına cavab veriblər:

Bir uşağa baxmaq xərcləri nə qədərdir?
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Milli Məclisin Komitə sədri Hadı Rəcəbli isə deyib ki, prezident İlham Əliyev müavinətlərin verilməsi ilə bağlı göstəriş versə də, bu problemin həlli üçün zaman lazımdır:

“Bu o demək deyil ki, bizim, QHT-lərin ürəyindən keçən, istədiyimiz bəzi məqamlar da həyata vəsiqə qazanacaq. Ola bilər, zaman -zaman bu məsələlər öz həllini tapsın. Amma faktiki olaraq möhtərəm prezidentin tapşırığı var, uşaqların müavinitinin artırılması ilə bağlı addımlar atılır. Amma hələ müzakirə gedir yekun qərarın nə vaxt olacağı məlum deyil”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin hesablamasına görə, hazırda ölkədə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir.

Bu uşaqların nə qədəri yoxsul ailədə böyüyür? Rəsmi statistikaya görə, yoxsulluq cəmi beş faizdir, müstəqil iqtisadçılar isə bu rəqəmin daha böyük olduğunu deyirlər.

XS
SM
MD
LG