Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Bayden və Putin videobağlantı ilə danışıblar


Prezidnet Co Bayden (solda) və Vladimir Putin arasında videobağlantı
Prezidnet Co Bayden (solda) və Vladimir Putin arasında videobağlantı

Kremlin açıqladığı bəyanata görə Vladimir Putin Baydenlə söhbətini “açıq və işgüzar” adlandırıb

ABŞ prezidneti Co Bayden Rusiya lideri Vladimir Putinə Birləşmiş Ştatların Rusiyanın Ukrayna yaxınlığında qoşun cəmləşdirməsindən “dərin narahatlıqlarını” bildirib və deyib ki, əgər hərbi eskalasiya baş verərsə, Vaşinqton və onun müttəfiqləri “çox güclü iqtisadi sanksiyalar və başqa təbirlərlə cavab verəcəklər”.

Ağ Ev dekabrın 7-də iki lider arasında videobağlantı ilə iki saatlıq danışıqlardan sonra bəyanat verib. Bu, Bayden prezident olandan bəri onun Putinlə üçüncü birbaşa təmasıdır.

Kremlin açıqladığı bəyanata görə Vladimir Putin Baydenlə söhbətini “açıq və işgüzar” adlandırıb.

Kreml əlavə edib ki, Putin Baydenə Ukrayna ilə hazırkı gərginliyə görə Rusiyanın ittiham edilməsinin düzgün olmadığını, əksinə, NATO-nun “Ukrayna ərazisini fəth etmək üçün qorxulu cəhdlər etdiyini” deyib.

Vaşinqton Rusiyanı Ukraynaya mümkün hərbi müdaxilədən çəkindirməyə çalışır, Kreml isə Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyinə dair qarantiya tələb edir.

Putin dəfələrlə bəyan edib ki, NATO-nun şərqə doğru genişlənməsi və ya Ukrayna ərazisində hücum raketlərinin yerləşdirməsi Moskva üçün “qırmızı xətdir”.

Buna cavab olaraq Bayden bildirib ki, o “heç kimin qırmızı xətlərini qəbul etmək niyyətində deyil”.

Kreml iki liderin danışıqlarının əvvəlinə aid videonu yayınlayıb. Burada Bayden və Putinin bir-birini təbəssümlə salamlaması görünür.

Ağ EV bildirir ki, Bayden söhbət zamanı Vaşinqtonun Ukraynanın suvernelik və ərazi bötüvlüyünü dəstəklədiyini bildirib və eskalasiyanın aradan qaldırılması üçün diplomatiyaya qayıdışa çağırıb.

ABŞ Prezidenti Co Bayden dekabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Videokonfrans formatında olacaq görüş Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı bir vaxtda keçirilir.

İki lider Bayden yanvarda vəzifəyə keçəndən bəri ikinci dəfədir bir araya gəlirlər. Kreml Ukraynanın NATO-ya heç vaxt üzv olmayacağına təminat istəyir deyə, bu görüş çox əhəmiyyətli hesab edilir.

ABŞ:Ukraynaya hərbi müdaxilə Rusiyaya baha başa gələcək
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

150 mindən çox əsgər

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 6-da jurnalistlərə deyib ki, əsas mövzu “acınacaqlı durumda olan” ikitərəfli münasibətlərdir. Onun sözlərinə görə, Ukrayna, NATO-nun genişlənməsi, təhlükəsizliyə təminat da diqqət mərkəzində olacaq.

Putinlə danışıqlardan öncə Bayden ABŞ-ın müttəfiqləri olan Britaniya, Fransa, İtaliya və Almaniya ilə telefonla danışıb. Ağ evin bəyanatında deyilir ki, liderlər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək bildirib, Rusiyanı regionda gərginliyi azaltmağa çağırıblar.

Ukrayna rəsmiləri Rusiyanın bu ölkəylə sərhədə, eləcə də 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına 90 mindən çox əsgər yığdığını deyirlər. ABŞ kəşfiyyatı isə ümumi qoşun sayının 175 minə çatacağını ehtimal edir. Bu, son illər Rusiya qüvvələrinin Ukraynaya doğru ən böyük irəliləməsidir.

Rəsmilərin şübhələri

ABŞ administrasiyası rəsminin dekabrın 6-da jurnalistlərə bildirdiyinə görə, Prezident Putinin hərəkətə keçmək göstərişi verməsinin aydın əlaməti yoxdur: “Gördüyümüz hərəkətlilik daha çox planlaşdırma, niyyətlə bağlıdır. Bu mənada biz tərəfdən planlaşdırma aydındır”.

Annonimlik şərtilə danışan rəsmi deyib ki, Ukrayna yaxınlığında, çoxsaylı ərazilərdə əlavə qüvvələr görünür “və bu hərəkətlilik Ukraynaya doğru hərbi eskalasiyanın planlaşdırılmasına uyğun gəlir”.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sonra Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. Rusiya isə separatçılara dəstək vermədiyini deyir. İndiyədək bu münaqişədə 13 min 200-dən çox insan həlak olub, 1 milyondan çox qaçqın yaranıb.

Görüşürlər, danışırlar, nəticə yoxdur

Baydenlə Putinin iyunda Cenevrədə görüşündən sonra çoxsaylı ekspertlər Ukrayna münaqişəsinin həllinə ümid bəsləyirdi. Amma bu baş vermədi. Üstəlik, Ukrayna yaxınlığına əsgər və texnikanın cəmləşməsi ABŞ kəşfiyyatının xəbərdarlıq siqnallarını artırmasıyla nəticələnib.

İki lider iyulda da danışıb. O zaman Bayden Putini Birləşmiş Ştatlara qarşı haker hücumları ilə mübarizə aparmağa çağırıb. Fidyə tələb olunan bu hücumların çoxu ya Rusiyadan işləyir, ya da bu ölkədən qaynaqlanır.

Həftəsonu adı çəkilməyən ABŞ rəsmiləri “The Washington Post”a və digər media orqanlarına deyiblər ki, Rusiya gələn ilin əvvəlində 175 minədək əsgərlə Ukraynaya qarşı müxtəlif cəbhələrdə hücuma keçə bilər.

Ukrayna NATO-nun üzvü deyil, yaxın illərdə də üzv olacağı gözlənilmir. Purin və digər Rusiya rəsmiləri deyirlər ki, belə bir üzvlük Kreml üçün “qırmızı xət”dir. Moskva NATO-nun keçmiş sovet respublikalarına doğru genişlənməsini xəyanət hesab edir.

XS
SM
MD
LG