Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

Putinin yubileyini kim necə ‘təbrik’ etdi


Rusiyanın Samara şəhərində fəal Vladimir Avdonin prezident Vladimir Putinin yubileyi ilə eyni gündə təkadamlıq piketə çıxıb
Rusiyanın Samara şəhərində fəal Vladimir Avdonin prezident Vladimir Putinin yubileyi ilə eyni gündə təkadamlıq piketə çıxıb

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu ümid etdiyini bildirib ki, Putin növbəti ad gününü “dəmir barmaqlıqlar” arxasında qeyd edəcək

Rusiyanın Samara şəhərində fəal Vladimir Avdonin prezident Vladimir Putinin yubileyi ilə eyni gündə təkadamlıq piketə çıxıb.

Onun əlindəki plakatda “Putin canidir” yazılmışdı.

Oktyabrın 7-də Vladimir Putinin 70 yaşı tamam olub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Avdonin piketi şəhərin ən izdihamlı yol kəsişmələrindən birində keçirirdi.

O həmin yolayrıcında yarım saata qədər dayanıb. Fəal artıq neçə illərdir ki, dövlət başçısını ad günü münasibətilə “təbrik” edir.

O bu təbriklərinə görə dəfələrlə axtarış və cərimələrlə üzləşib, amma bu dəfə nədənsə ona toxunmayıblar.

Başqırdıstanın Meleuz şəhərində polislər bir nəfəri saxlayıblar. Onun əlindəki plakartda “Putin, bu sənin sonuncu yubileyindir” yazılmışdı.

Xaricdəki fəallar da Rusiya prezidentini özünəməxsus təbrik ediblər. Batumidə ona Haaqaya birtəfəli təyyarə bileti “bağışlayıblar”.

Bu şəhərdə Beynəlxalq Cinayətlər Məhkəməsi yerləşir.

Sankt Peterburqda bugünlərdə məktəb şagirdlərini və universitet tələbələrini Saray meydanına gətiriblər.

Burada onları “Putin mənim prezidentimdir” cümləsinin formasında düzüblər. Canlı təbrikin üzvləri “Ad günün mübarək!” şüarı səsləndirirdilər.

Maxaçqalanın mərkəzində “prezidentin kursuna dəstək” aksiyası keçirilib.

Bu tədbirə büdcə təşkilatlarının işçilərini və məktəbliləri gətirmişdilər.

Aksiyada hər bir rayonun administrasiya əməkdaşları, Maxaçqala, Kaspiysk və Buynaksk şəhərlərinin əmək kollektivləri də iştirak edirdilər.

Aksiya iştirakçılarından bəziləri AzadlıqRadiosunun müxbirinə deyiblər ki, onlara iş yerlərində üzərində Putinin şəkli olan köynəklər, üçrəngli bayraqcıqlar paylanıb.

Çeçenistanın mərkəzi şəhəri Qroznıda isə prezidentin yubileyi münasibətilə rəsmi tədbir keçirilib.

Putinə hədiyyə olaraq burada cüdo üzrə olimpiya hazırlıq mərkəzi açılıb. Mərkəzə prezidentin adını veriblər.

Bakıda etirazçılar Rusiya qüvvələrinin Qarabağdan çıxarılmasını tələb ediblər
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

MDB çevrəsində

Putinin özü isə ad gününü Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə keçirib.

Belarus prezidenti Alyaksandr Lukaşenka Putinə hədiyyə olaraq traktor sertifikatı verib.

Kremlin saytında dərc olunmuş məlumatda deyilir ki, Rusiya prezidentini Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sadır Japarov, eləcə də Kuba, Türkiyə və CAR-ın liderləri telefonla təbrik ediblər.

Amma Estoniyanın xarici işlər naziri Urmas Reynsalu ümid etdiyini bildirib ki, Putin növbəti ad gününü “dəmir barmaqlıqlar” arxasında qeyd edəcək.

O Rusiyanın Ukraynadakı müharibəsinə görə məsuliyyət daşıyan məmurlar üçün xüsusi tribunalın qurulmasına çağırıb.

Çexiyanın müdafiə naziri Yana Çernoxova Putini “zəmanəmizin əsas canilərindən biri” adlandırıb.

XS
SM
MD
LG