Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:41

Qafqaz Universitetinin tələbələri fikirlərinin təhrif olunduğunu deyir


Qafqaz Universiteti
Qafqaz Universiteti

Qafqaz Universitetinin tələbələr imza toplama kompaniyasını davam etdirirlər. Artıq 8 mindən çox imzanın toplandığı bildirilir.

Onlar ölkə başçısına və təhsil nazirinə ünvanladıqları müraciətdə keçmiş Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsinin yaradılmasını xahiş edirlər. Müraciət müəllifləri Qafqaz Universitetinin tələbə və professor-müəllim heyətinin həmin müəssisədə fəaliyyətini davam etdirməsinə şərait yaradılmasını istəyirlər.

Buna da bax:​ Qafqaz Universiteti şəhərciyində yeni ali təhsil müəssisəsi xahişi

Tələbələr Qafqaz Universitetinin qapadılmasının ölkədə hakim olan təhsil ideologiyasına zidd olduğunu ifadə edirlər.

ATV-dən narazılıq

Tələbələr sosial şəbəkələrdə də səhifə açaraq Qafqaz Universiteti ilə bağlı bu günlər ATV-də yayınlanan reportajda fikirlərinin təhrif olunduqlarını bildirirlər.

Tələbələrdən biri yazır ki, jurnalist ondan “dövlət və özəl ali təhsil müəssisələrindən hansında təhsilinizi davam etdirmək istərdiniz” - deyə soruşub.

Buna da bax: Jurnalistika tələbələrinin kütləvi kəsilməsi nəylə bağlıdır? [yenilənib]

“Mən Qafqaz Universitetinin ərazisində yeni universitetin yaradılmasını gözlədiyimi və əgər köçürüləcəyiksə, ADİU, ADA universitetlərini seçəcəyimi dedim. Jurnalistin “Odlar Yurdu necə, əgər qrup yoldaşlarınız və fakültəniz orda olsa, seçərdinizmi” sualına isə belə cavab verdim. “Ən pis halda pedaqoji heyət və qrup yoldaşlarım da ora köçürülsə və seçimlər arasında olsaydı, Odlar Yurdu Universitetini seçərdim. Amma Qafqazdan köçürülməyimi istəmərəm” cavabını verdim. Jurnalist isə məhz mənim bu cavabımı götürüb efirə verdi. Amma Qafqaz haqqında danışdıqlarım efirə getmədi” - deyə o yazır.

ATV rəhbərliyindən isə, hələlik, tələbələrin bu narazılığına münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Qafqaz Universiteti tələbələrinin taleyi necə olacaq?

Xatırlatma

1993-cü ildə fəaliyyətə başlayan Qafqaz Universitetinin ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

Buna da bax:​ Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək

Bu il yanvarın 18-də isə Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Təhsil Nazirliyi bildirib ki, Qafqaz Universitetinin tələbələri başqa ali təhsil müəssisələrinə köçürüləcəklər.

Buna da bax:

Qafqaz Universitetinin tələbələri təhsillərini harada davam edəcək?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

XS
SM
MD
LG