Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:29

Qarabağ əlili: 'İlham Əliyev mənə maşın verib, ancaq...'


Arxiv fotosu
Arxiv fotosu

"İlham Əliyev mənə maşın verib, ancaq icra hakimiyyəti dolanmağa şərait yaratmır. 6 il əvvəl məmurlara şifahi bir göstəriş, mənə də boş ümid verib. 6 ildir ki, qapıları gəzirəm, məni heç vecinə alan da yoxdur".

“TAPŞIRIĞI CİDDİYƏ ALAN YOXDUR”

Naftalanın Qaşaltı Qaraqoyunlu kənd sakini, Qarabağ müharibəsi əlili Seyfəddin Qarayev AzadlıqRadiosu-na yazır ki, 2009-cu ildə prezident İlham Əliyev ona vətən uğrunda fədakarlığına görə maşın hədiyyə edib. 2011-ci ildə isə əlil ailəsini dolandıra bilmədiyindən icra hakimiyyətinin başçısına müraciət edib. Başçı əlili qəbul edərək dinləyib və ictimai iaşə obyekti tikməsinə icazə verib. Hətta rayondakı aidiyyəti idarələrə də tapşırılıb ki, əlilə mane olmasınlar.

Buna da bax: Yol kənarında təndir çörəyi satan Qarabağ veteranı

Ancaq 6 ildir ki, əlil ona vəd olunan iaşə obyektini tikib dolanışığı təmin edə bilmir:

"Başçının tapşırığı şifahi olduğundan ciddiyə alan yoxdur. 2011-ci ildən bu tərəfə heç mənə vəd olunan obyektin sənədlərini düzəldib başa çıxara bilməmişəm. Bu süründürməçiliyin adı nədir? Vətəndaşı ələ salmaq? Əlilin hisləriylə oynamaq?"

“ŞİFAHİ GÖSTƏRİŞLƏR RƏSMİLƏŞDİRİLSİN”

Vaxtilə Ağdam döyüşlərində ağır yaralanmış, bir neçə gün ölü zənn edilərək morqda saxlanılmış və xoş təsadüfdən qardaşı tərəfindən tapılaraq həyata qaytarılmış Seyfədddin Qarayevin sonrakı həyatı da ağır keçib. O, uzun müddət bədənindəki qəlpələrin təmizlənməsi üçün müxtəlif vaxtlarda cərrahiyyə masasına uzadılıb. Sonra isə sağlamlıq durumu fiziki işlə məşğul olmasına imkan verməyib. Çıxış yolunu bir iaşə obyekti açıb başını dolandırmaqda görüb.

Buna da bax: Ev istəyən Qarabağ veteranını ayaqyalın polisə aparıblar

Əlilin istəyi odur ki, başçı vaxtilə şifahi şəkildə verdiyi göstərişləri rəsmiləşdirsin.

AzadlıqRadiosu-nun müxbiri Naftalan şəhər icra hakimiyyətindən əlilin dediklərinə münasibət öyrənməyə çalışsa da, alınmayıb.

Əlil sosial durumunun yaxşılaşdırılması üçün ölkə başçısı İlham Əliyevə də müraciət edib.

XS
SM
MD
LG