Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:55

Ramiz Mehdiyev: "Azərbaycanın apardığı hücum diplomatiyası...”


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

►"ATƏT-in Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində irəli sürülmüş bütün təşəbbüslər Ermənistan tərəfindən rədd edilib"

“1994-cü ildə atəşkəs elan olunduqdan sonra ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik missiyası həyata keçirir. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsinin yerinə yetirilməsi istiqamətində heç bir irəliləyiş əldə olunmayıb”.

Bu sözləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AZƏRTAC-a müsahibəsində deyib.

R.Mehdiyev təmas xəttindəki son gərginliklə bağlı qeyd edib ki, Ermənistan hərbi təxribatlarını davam etdirir.

Adminstrasiya rəhbərinin qənaətincə, təxribatların bir neçə səbəbi var:

“Birincisi, Azərbaycanın apardığı “hücum diplomatiyası” sayəsində Ermənistanın işğalçı simasının ifşa edilməsi. Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunub. Ordumuzun gücü günü-gündən artır, dünyada müşahidə olunan iqtisadi gərginliyə baxmayaraq, Azərbaycan inamla irəliləyir, dinamik inkişaf edir. Beynəlxalq aləmdə artan gərginlik fonunda ölkəmiz sabit, təhlükəsiz məkan kimi dünyanın diqqətini özünə cəlb edir. Bütün bunlar da inkişafımıza dözümsüz yanaşan xarici dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini qıcıqlandırır”

R.Mehdiyev öıkə başçısının Vaşinqtonda keçirilən Nüvə Sammitində iştirakına toxunub. O deyib ki, dövlət katibi Con Kerri və vitse-prezident Cozef Baydenlə danışıqlarda ABŞ rəsmiləri münaqişənin həlli vaxtının çatdığını bildirərək Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə ediblər:

“Bu ərəfədə Ermənistan Prezidenti S.Sarkisyan Moskvaya dəvət olunmuşdur. Bu günlərdə isə xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri nəzərdə tutulur. Həmçinin, Fransa Prezidenti Fransua Oland cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib. Beləliklə, ATƏT Minsk qrupunun hər üç həmsədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli istiqamətində konkret mövqe ortaya qoymuş və mövcud status-kvonun dəyişdirilməsi ilə bağlı səylərini gücləndiriblər” - deyən R.Mehdiyev belə bir məqamda Ermənistanin vəziyyəti gərginləşdirməsinin növbəti dəfə sülh prosesinə zərbə vurmağa xidmət etdiyini vurğulayıb.

R.Mehdiyev eyni zamanda ATƏT-in Minsk qrupu da daxil olmaqla, beynəlxalq ictimaiyyəti ardıcıl təxribatlarla sülh prosesini pozmaq cəhdlərinə adekvat reaksiya verməməkdə qınayıb.

___________________________________________________________

Bunlara da bax:
Maliyyə Nazirliyi 15 milyon borc aldı
Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır

___________________________________________________________

Adminstrasiya rəhbəri Azərbaycanın ilk növbədə münaqişənin sülh, danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu söyləyib:

“Prezident İlham Əliyev qəti şəkildə bəyan edib ki, Azərbaycan sonu olmayan bir prosesdə iştirak etməyəcək və danışıqlar naminə danışıqlar aparmayacaq. Reallıq ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi missiyasını həyata keçirməli olan ATƏT-in Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində irəli sürülmüş bütün təşəbbüslər Ermənistan tərəfindən rədd edilib”

R.Mehdiyev bununla belə Ermənsitana qarşı heç bir təsir mexanizminin tətbiq edilmədiyini vurğulayıb:

“Təbii ki, belə bir vəziyyətdə mövcud reallıqları da nəzərə almaqla, Azərbaycan öz məqsədyönlü siyasətini daha əzmlə davam etdirəcək. Ölkəmiz öz hərbi gücünü artıracaq, hücum diplomatiyası, Ermənistanın iqtisadi baxımdan təcrid siyasəti davam etdiriləcək. Bundan sonrakı dövrdə də həm beynəlxalq təşkilatlarda, həm informasiya məkanında, həm də qoşunların təmas xəttində Ermənistanın bütün təxribatlarına layiqli cavab veriləcək”

Buna da bax: Cəbhədəki əsgərlərə dəstək kampaniyası başladılıb

Cəbhədəki əsgərlərə dəstək kampaniyası başladılıb
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

XS
SM
MD
LG