Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:29

Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq sazişi imzaladılar


Türkiyə və Qazaxıstan prezidentləri Recep Tayyip Erdoğan (sağda) və Kasım-Jomart Tokayev
Türkiyə və Qazaxıstan prezidentləri Recep Tayyip Erdoğan (sağda) və Kasım-Jomart Tokayev

Recep Tayyip Erdoğan və Kasım-Jomart Tokayev məhdud heyətlərin iştirakilə Ukraynadakı vəziyyəti müzakirə ediblər

Qazaxıstan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu məlumatı AzadlıqRadiosunun Qazax xidməti rəsmi mənbələrə istinadən verib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, mayın 11-də prezident Kasım-Jomart Tokayevin Türkiyəyə dövlət səfərinin gedişində “Qazaxıstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlığı tənzimləyən” bir sıra sənədlər imzalanıb.

Məlumatda bu sənədlər barədə təfərrüatlar verilməyib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Qazaxıstan müdafiə bağlarının əhəmiyyətini vurğulayıb.

Türkiyənin gəmiçilik şirkətləri müharibəyə görə bağlana bilər
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Ukrayna müharibəsi faktoru

Nazirin sözlərinə görə bu sazişdə iki ölkə arasında habelə “birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq” nəzərdə tutulur:

"İmzalanmış birgə bəyannamə ilə biz əməkdaşlığımızı starteji partnyorluğun yeni səviyyəsinə qaldırmışıq. Türkiyə və Qazaxıstan iki qardaş ölkədir. Biz, Türkiyə olaraq Qazaxıstandakı sabitliyə və əmin-amanlığa ciddi önəm veririk”.

Bu da xəbər verilir ki, iki prezident məhdud heyətlərin iştirakilə Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu barədə deyib:

"Bizim bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün saxlanması çərçivəsində dinc yollarla həll olunmasına dair maraqlarımız üst-üstə düşür. Siz də bilirsiniz ki, biz Ukraynada müharibənin qurtarması üçün münaqişənin ilk günlərindən səy göstəririk. Əlbəttə, bu müharibə türk dövlətləri arasında həm ikitərəfli, həm də türk dövlətlərinin çadırı altında əməkdaşlıq və sıx birliyin mühümlüyünü təsdiqləyir”.

Rusiyadan yan keçən əməkdaşlıq

Qazaxıstan prezideti Kasım-Jomart Tokayev prezident Erdoğanla görüşündən sonra deyib ki, danışıqlarda habelə Çindən Avropa bazarlarına Rusiyadan yan keçən yeni nəqliyyat xətti müzakirə olunub.

Tokayev mayın 11-də bildirib ki, iki ölkə üçün mühüm olan məsələlərdən biri də TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TITR) istifadənin potensial əhəmiyyətidir.

Həm də Orta Dəhliz adı ilə tanınan TITR xətti Çinin dəmir yolu şəbəkələrini Rusiyadan yan keçərək Avropaya bağlayan xətdir.

2017-ci ildə istismara verilmiş bu layihə Xəzər və Qara dənizlərdəki bərə sistemləri vasitəsilə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşa ərazilərindən keçir.

Moskvanın Ukraynaya təcavüzü başlanandan sonra Çin onu Qazaxıstan vasitəsilə Avropa ilə bağlayan daha bir marşrut açıb. Bu xətt də Rusiyadan yan keçir.

Əlverişli şərait

Xəbərdə deyilir ki, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında ümumilikdə 14 sənəd imzalanıb.

Bu sənədlərin arasında kütləvi informasiya vasitələri sahəsində əməkdaşlıq haqqında memorandum, beynəlxalq yüklərin qarşılıqlı-müştərək daşınması haqqında saziş, kömrük prosedurunun sadələşdirilməsinə dair razılaşma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum da var.

Tokayev 2019-cu ildə prezident seçildikdən bəri ilk dəfədir ki, Türkiyəyə dövlət səfərinə gəlib.

Onun səfəri Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hərbi müdaxiləsinnin davam etdiyi vaxta düşüb.

Bir sıra ekspertlər bildirirlər ki, belə bir şəraitdə Ankaranın tarixən Moskvanın nüfuz dairəsinə daxil olan Mərkəzi Asiya dövlətləri ilə bağları möhkəmləndirməsi üçün əlverişli şərait yaranıb.

Türkiyə Kiyev və Moskva arasında danışıqlarda vasitəçilərdən biridir. Qazaxıstan Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyib və 9 may tədbirlərində Georgi lentləri və Z simvolları kimi Rusiya rəmzlərindən istifadəni qadağan edib.

XS
SM
MD
LG