Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:56

Qırğızıstan qırğız dilinin mövqeyini gücləndirən qanun qəbul edib


Qırğızıstan parlamentinin binası
Qırğızıstan parlamentinin binası

Qırğızıstan parlamenti – Joqorku Keneş “Qırğızıstan Respublikası hakimləri haqqında” qanuna düzəlişləri üçüncü oxunuşda qəbul edib.

Bu düzəlişlər hakim vəzifəsinə namizədlərdən qırğız dilində danışa bilmələrini tələb edir.

İyunun 27-də qəbul edilmiş qanun düzəlişlərinə görə Qırğızıstan Konstitusiya və Ali məhkəmələrinin hakimliyinə namizədlər qırğızca B1 səviyyəsindən aşağı olmayaraq danışmağı bacarmalıdırlar.

Bundan başqa bu namizədlər yaxın qohumlarının məhkumluğu və ya başa çatmış məhkumluğunun olmamasına dair arayış təqdim etməlidirlər.

Habelə cinayətkar qruplaşmaların üzvü kimi tanınmış və ya ağır və xüsusilə ağır cinayətlər törətmiş yaxın qohumları olanlar Konstitusiya və ya Ali məhkəmələrin hakimləri ola bilməzlər.

Bütün rəsmilər dövlət dilində danışmalıdırlar

Aşağı instansiya məhkəmələrinin hakimləri qarşısında da eyni tələblər qoyulur. Qanuna düzəlişlərdə deyilir ki, yerli məhkəmələrin hakimləri qırğızca B1 səviyyəsindən aşağı olmayaraq danışa bilməlidirlər.

Qırğızıstan prezidentinin 2023-cü ilin iyulunda “Dövlət dili haqqında” qanunu imzalamasından sonra hakimiyyət qırğız dilinin bütün sahələrdə geniş tətbiqi tədbirlərinə başlayıb.

Qanunun yeni redaksiyasına görə dövlət qulluqçuları, parlament deputatları, habelə Milli Bankın və nazirliklərin əməkdaşları, hakimlər, prokurorlar, vəkillər, notariuslar, tibb və təhsil işçiləri öz fəaliyyətlərində qırğız dilindən istifadə etməlidirlər.

Bundan başqa qanun düzəlişləri dəftərxana və kargüzarlıq işlərində dövlət dilindən istifadəni icbari edir.

XS
SM
MD
LG