Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:54

45 minə yaxın gənc tələbə adını qazanıb 


Tələbələr imtahanda, arxiv foto
Tələbələr imtahanda, arxiv foto

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan  ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib 

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb . Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sentyabrın 5-dən etibarən əldə edə biləcəklər.

DIM habelə bildirir ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada –portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat verilməlidir.

Vurğulanır ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək:

Qəbul edilənlərin çoxu ödənişli oxuyacaq

“Ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

İxtisas qrupu

Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)

Ödənişli

Dövlət sifarişi əsasında

Cəmi

I

4055 (1961)

9459 (427)

13514 (2388)

II

7361 (3549)

4174 (350)

11535 (3899)

III

8266 (61)

4320 (0)

12586 (61)

IV

1197 (282)

2375 (140)

3572 (422)

V

2126 (37)

1528 (3)

3654 (40)

Cəmi

23005 (5890)

21856 (920)

44861 (6810)

Boş qalan yerlərə...

DİM onu da qeyd edir ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılmalıdır.

Xatırlatma

Son illər Azərbaycanda ali məktəblərə qəbul iki mərhələdə aparılır.Birinci mərhələ buraxılış ( maksimum 300 bal) , ikinci mərhələdə isə ( maksimum 400 bal) qəbul imtahanından ibarətdir.Yaxın illərə qədər ali məktəblərdə ödənişli yerlər təqribən 70 faiz təşkil edirdi.Amma son illər bir sıra tənqidlərdən sonar dövlət sifarişi ilə təhsilin faizi bir qədər artıb.

XS
SM
MD
LG