Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Quba aksiyası dağıdıldı- [Yeni videolar]


Quba etirazı: "Yoldan keçirdim, gözümə qaz bombası atdılar"
Gözlə

No media source currently available

0:00 0:09:46 0:00

Quba etirazı: "Yoldan keçirdim, gözümə qaz bombası atdılar"

-

Ən son məlumat yazının əvvəlinə yerləşdirilir.

Qubada daxili qoşunlar küçələrə nəzarət edir, aksiya dağıdılıb.

"Qubada etirazçıları "dubinka" ilə döydülər. Halbuki, onlar polisə müqavimət göstərmirdilər, sadəcə olaraq, öz hüquqlarından istifadə edərək aksiya keçirirdilər. Amma polis "dubinka", su şırnağı və gözyaşardıcı qazdan istifadə etdi."

Bunları AzadlıqRadiosuna adının çəkilməsini istəməyən rayon sakini deyib.

Daxili Qoşunlar ərazidə qalmaqda davam edir. Həbs olunanlar var, amma onların dəqiq sayı bəlli deyil.

Quba etirazı. "Evə getmirəm, beş balam acdır"
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Qubada aksiyadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Qubada aksiyadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

***

Aksiyaçılarla rayon rəhbərləri arasında danışıqlar

Qubada rayon rəhbərliyinin narazı sakinlərlə görüşü
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

***

Azadlıq Radiosunun müxbirinin Qubadan verdiyi məlumata görə camaat Qubanın mərkəzindəki “Köhnə avtovağzal” deyilən yerə toplaşıb.

Daxili Qoşunlar aksiyanı dağıtmağa çalışır.

Qubadan gərgin anlar. Etirazçılarla polis üz-üzə [video]
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

***

Qubaya hərbçilər yeridilir

Oxucumuzun göndərdiyi video

***

Azadlıq Radiosunun müxbirinin Qubadan verdiyi məlumata görə camaat Qubanın mərkəzindəki “Köhnə avtovağzal” deyilən yerə toplaşıb.

Camaatın qarşısına çıxan İcra başçısı onların qəbul ediləcəyi və problemlərin həllinə çalışacaqlarını vəd edib.

Ammaaksiyaçılar buna məhəl qoymayıb və Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər.

Əraziyə cəlb edilən daxili qoşunlar su şırnağı və gözyaşardıcı qazla camaatı dağıtmağa çalışır.

***

Yanvarın 15-də Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib.

Aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bimədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib.

Hazırda polis ərazini aksiyaçılardan təmizləməyə çalışır.

Bundan bir neçə saat əvvəl polis xəbər yayıb ki, onlara Quba Cümə məscidinə bomba qoyulması haqda məlumat daxil olub.

Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. (Fotolar burda)

Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib.

Axtarış nəticəsində məsciddə hər hansı partlayıcı qurğu tapılmayıb.

Etiraz aksiyasından fotolar

XS
SM
MD
LG