Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:42

Qubad İbadoğlu ailəsi ilə görüşə biləcək


Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailə üzvləri ilə görüşməsinə qoyulmuş qadağa aradan qaldırılıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkilin sözlərinə görə, avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda görüş hüququna qadağanın üç gün öncə aradan qalxdığı bilinib.

Q.İbadoğlu həbsdə olduğu bir aya yaxın müddətdə müstəntiqin qərarı ilə onun yaxınları ilə görüşmək hüququ məhdudlaşdırılmışdı. Vəkillər bu qərardan məhkəməyə şikayət etsə də, Nərimanov rayon Məhkəməsi şikayətə baxmaqdan boyun qaçırmışdı. İmtina qərarından da apellyasiya şikayəti verilmişdi. Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində bu məsləyə baxılıb.

"Müstəntiq bildirdi ki, görüş qadağası avqustun 15-də ləğv edilib"

"Bizim apellyasiya şikayətimiz qismən təmin olundu. Məhkəmə belə nəticəyə gəldi ki, telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması ilə bağlı şikayətimizi Nərimanov rayon Məhkəməsi icraata götürüb baxmalıdır. Bu zaman müstəntiq bildirdi ki, görüş qadağası avqustun 15-də artıq ləğv olunub. Telefon danışıqları ilə bağlı qadağa da iyulun 30-da ləğv olunmuşdu", - vəkil B.Bayramovun sözləridir.

ADR sədrinin səhhəti haqda danışan digər vəkil Fəxrəddin Mehdiyev bildirib ki, o, qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir. Özəlliklə qapalı ortam və havaların isti keçməsi onun sağlıq durumuna kəskin təsir göstərir.

Xatırlatma

Qubad İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan mənzildə axtarış aparılıb və 40 min dollar pul tapıldığı iddia olunub. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İyulun 24-də Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs-qətimkan tədbiri seçilib.

ADR sədri Türkiyə mediasında adları FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunanlarla əlbirliyində suçlanır. Amma o bu ittihamları rədd edir, siyasi sifarişlə həbs olunduğunu söyləyir.

XS
SM
MD
LG