Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

Xaricdəki azərbaycanlılar beynəlxalq təşkilatlara üz tutdu


Referendum baş tutdu - bundan sonra nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

Referendum baş tutdu - bundan sonra nə olacaq?

«Azərbaycan hakimiyyəti, bundan əvvəllər olduğu kimi, referendumu müşahidə etməyə Avropa Şurası Parlament Assambleyasından (AŞPA) «kürü diplomatiyası»na yoluxdura bildiyi deputatlardan ibarət bir qrupu dəvət edib. Yerli mətbuatda onların referendumun nəticələri ilə bağlı şəxsi mülahizələrini AŞPA-nın qiymətləndirməsi kimi ictimai rəyə sırımağa çalışır».

Xaricdə yaşayan azərbaycanlıların birləşdiyi «Azərbaycan Naminə Demokratiya» hərəkatının (AND) sentyabrın 26-da keçirilmiş referendumla bağlı bəyanatında belə deyilir. Bəyanat beynəlxalq qurumlara ünvanlanıb.

Hərəkat bildirir ki, bu cür şəxsi səfərlər və şəxsi bəyanatlar AŞPA-nın imicini daha artıq ləkələyir.

Buna da bax-Dövlət Departamentinin brifinqində referendumla bağlı deyişmə

AND Venesiya Komissiyasının mövqeyini bölüşür ki, bu dəyişikliklər hakimiyyət balansının ciddi şəkildə pozuntusudur və prezidentə misli görünməmiş səlahiyyətlər verir.

«Təəssüf edirik ki, hökumət Konstitusiyanın ruhunu və məntiqini təhrif edən bu dəyişikliklərin zəruriliyini Azərbaycan xalqına əsaslandıra bilməyib. Hökumət referenduma qədər, referendum günü və sonrakı günlər də daxil olmaqla, repressiyaları şiddətləndirib. Təqib və qorxutma kampaniyasını genişləndirib və bu qanunsuzluqlar davam edir», - bəyanatda bildirilir.

YÜZLƏRLƏ SÜBUTLAR...

AND bildirir ki, referendum azad və ədalətli olmayıb. «Yüzlərlə sübutlar, o cümlədən ən müxtəlif məntəqələrdən götürülən videolar təsdiq edir ki, səsvermə prosesi tamamilə saxtalaşdırılıb. Bu da o nəticəni doğurur ki, faktiki olaraq, referendum baş tutmayıb», - bəyanatda bildirilir.

Buna da bax-Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...

Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Hərəkat demokratik qüvvələri referendumun nəticələrini tanımamağa, bunu açıq bəyan etməyə səsləyib.

AND hərəkatı sentyabrın əvvəllərində Fransada təsis edilib. Hərəkatda, əsasən, Avropada yaşayan azərbaycanlılar, Azərbaycandan mühacirət etmiş siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri təmsil olunur.

Sentyabrın 27-si AŞPA-nin referendumla bağlı Azərbaycana gələn 7-nəfərlik missiyası ilkin rəyini açıqlamışdı.

«AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib, qanuni və legitim hesab olunur. Səsvermə prosesi yaxşı təşkil edilib, şəffaf, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir»,—deyə həmin açıqlamada vurğulanırdı.

Buna da bax-Hakimiyyətin sülalə daxilində üçüncü nəslə ötürülməsi...

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.

Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Üstəlik, əgər torpaqlardan səmərəli istifadə edilməsə, torpaq üzərində mülkiyyət hüququ alına bilər.

Mərkəzi Seçki Komissiyası bildirir ki, xalqın böyük əksəriyyəti bu dəyişikliklərə səs verib.

XS
SM
MD
LG