Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:00

Rəqabət Məcəlləsi Azərbaycanda rəqabət yarada bilərmi?


Naxçıvanda çalışmış türkiyəli sahibkar: 'Azərbaycandan küsüb ayrılmaq məcburiyyətində qaldıq'
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Naxçıvanda çalışmış türkiyəli sahibkar: 'Azərbaycandan küsüb ayrılmaq məcburiyyətində qaldıq'

Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Layihə 12 fəsil, 83 maddədən ibarətdir.

Milli Məclisdən açıqlamaya görə, məcəllənin qəbulu ilə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" qanunlar və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq. Bildirildiyinə görə, sənəd qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib: "Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək".

Azərbaycan hökuməti Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən bəri işlər apardığını bildirir. Müxtəlif illərdə məcəllənin layihəsi parlamentin müzakirəsinə də təqdim olunmuşdu. 2006-cı ildə hətta Milli Məclisdə ikinci oxunuşda qəbul edilmişdi, amma iş bununla da bitdi.

Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.

Layihədə...

Yeni layihəyə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq olunacaq. Bundan əlavə, 50 faizdən az, lakin 35 faizdən çox bazar payına sahib təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda orada hökmran mövqe tutmuş hesab ediləcək. Həmçinin aşağı və yüksək inhisar qiymətlərinə dair meyarlar müəyyənləşəcək.

V.Əhmədov
V.Əhmədov

"Qiymətlərə təsir edəcək"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, Rəqabət Məcəlləsinin layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq: "Baş nazirin Milli Məclisə hesabatı zamanı biz bu məsələyə toxunduq və baş nazir tapşırıq verdi ki, həmin məcəllə yenidən işlənilib təqdim edilsin. İqtisadiyyat Nazirliyi də məcəlləni hazırladı. Çalışacağıq ki, Rəqabət Məcəlləsi qəbul olunsun".

Deputatın fikrincə, Rəqabət Məcəlləsinin qəbul olunması Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir: "Azərbaycanda müəyyən inhisarçılığın, monopoliyanın qarşısının alınması, sahibkarlar üçün azad rəqabətin formalaşması üçün bu məcəllənin qəbul olunması çox vacibdir".

V.Əhmədov qeyd edib ki, məcəllə indiki variantda qəbul olunarsa, Azərbaycanın daxili bazarında da çox ciddi problemlər aradan qalxacaq: "O cümlədən də qiymətlərə təsir edəcək, azad rəqabətin açılması üçün şərait yaradacaq".

"Amma baxır necə…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Rəqabət Məcəlləsi monopolistlərə və məmur biznesinə müəyyən problemlər yaradacağından uzun illərdir qəbul edilmirdi: "Rəqabət Məcəlləsi istənilən halda hüquqi baza yaradır ki, kiçik və orta sahibkarlar çoxlu sayda məhkəmə iddiaları qaldıra, dövlət orqanlarına müraciət göndərə bilərlər. Nəticə etibarilə hökumət buna reaksiya verməyə məcbur olacaq. O reaksiya da məmur biznesinin mənafeyini güdən olacaqsa, bu, kiçik və orta biznes çevrələrində ciddi narazılıqlar yarada bilər. Məhz buna görə də bu məcəllə qəbul olunmurdu".

Onun sözlərinə görə, Rəqabət Məcəllənin qəbulu müsbətdir: "Amma baxır necə qəbul olunacaq. Bizdə hazırda antiinhisar qanunu var. Amma olmağına baxmayaraq, hələ də çalışmır. Rəsmi şəkildə elə şirkətlər var ki, bazarda 33 faizdən çox paya malikdirlər, amma aidiyyəti orqanlar onlara qarşı heç bir tədbir görməyib. Məsələn, AZAL 2022-ci il üzrə rəsmi hesabatında göstərib ki, 55 faiz hava daşımaları bazarına malikdir. Bu, qanunun pozulmasıdır və antiinhisar qanunu işə düşməli idi. Amma düşmədi".

N.Cəfərli
N.Cəfərli

N.Cəfərli hesab edir ki, Rəqabət Məcəlləsi məsələsinin indi gündəmə gəlməsinin səbəblərdən biri Azərbaycanla Avropa İttifaqı arasında gedən danışıqlardır: "Orada ən vacib məqamlardan biri azad iqtisadiyyatın, rəqabətli mühitin yaradılmasıdır".

Azərbaycanla Avropa İttifaqı arasında 2017-ci ildən strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə bağlı danışıqlar gedir.

Mövzu ilə bağlı AZAL və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG