Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Rusiyada AzadlıqRadiosu ilə əməkdaşlıq edən 3 jurnalist 'xarici agent' elan edilib


Moskvada divara yaılmış qrafiti- "Foreign Agents. I Love USA" (Xarici agentlər. Mən ABŞ-ı sevirəm") 21 noyabr 2012
Moskvada divara yaılmış qrafiti- "Foreign Agents. I Love USA" (Xarici agentlər. Mən ABŞ-ı sevirəm") 21 noyabr 2012

Rusiya Ədliyyə Nazirliyi AzadlıqRadiosu ilə əməkdaşlıq edən 3 jurnalisti (Tatyana Voltskaya, Ekaterina Klepikovskaya və Elena Solovyova) "xarici media agentləri" reyestrinə daxil edib.

Bundan başqa siyahıya Bellingcat araşdırma layihəsi də əlavə edilib. "Dojhd" telekanalının jurnalisti Daniil Sotnikov, BBC Rus Xidmətinin müxbiri Andrey Zaxarova, ""Nastoyashcheye vremya"" telekanalının jurnalistləri Elizaveta Surnacheva və Roman Perl, jurnalist Yevgeniy Simonov, habelə vəkil və "Media Hüquqlarının Müdafiəsi Mərkəzi" nin rəhbəri Galina Rusiyada ""xarici agent" kimi tanınıb.

Azad Avropa / Azadlıq Radiosu media korporasiyasının prezidenti Ceymi Fly Rusiya Ədliyyə Nazirliyinin qərarı ilə əlaqədar açıqlama verib. O, öz açıqlamasında Kremlin Azadlıq Radiosu ilə əməkdaşlıq edən beş Rusiya vətəndaşı ilə bağlı qərarını Rusiyadakı müstəqil medianı susdurmaq üçün bir cəhd adlandırıb.

Мы продолжим бороться с абсурдным использованием "закона об иностранных агентах" в качестве инструмента контроля над информацией, необходимой российским гражданам. Наша приверженность служению нашей аудитории в России не будет поколеблена".

" Biz "xarici agentlər haqqında qanun"un informasiya üzərində absurd istifadəsinə qarşı mübarizə aparmağa davam edəcəyik. Bizim Rusiyada auditoriyamıza xidmət etmək öhdəliyimiz sarsılmayacaq. "

Surnaçeva, Sotnikov və Zaxarovanın əvvəllər əməkdaşlıq etdikləri "Projekt" nəşri Rusiyada arzuolunmaz bir təşkilat olaraq tanınıb. Onun keçmiş baş redaktoru Roman Badanin isə "xarici media agentləri" reyestrinə daxil edilib.

BBC Rusiya hakimiyyətinin Andrey Zaxarovu "xarici media agentləri" reyestrinə daxil etmək qərarını qəti şəkildə rədd edir.

"BBC-nin müstəqil və etibarlı bir məlumat mənbəyi olaraq tanınması bütün dünyada məşhurdur. BBC News Rus Xidməti 80 ildir ki, rusdilli auditoriya üçün doğru və qərəzsiz bir xəbər mənbəyi olub" deyə bəyanatda bildirilir.

Bellingcat -dan başqa təşkilatlar arasında "xarici media agentləri" siyahısına "Qafqaz Düyünü" nəşrinin qurucusu olan MEMO şirkəti və M.News nəşrinin sahibi olan şirkət daxildir.

Hazırda 85 nəfər və təşkilat "xarici agent" medianın reyestrinə daxil edilib. 2021 -ci ilin əvvəlindən bu siyahı 68 pillə artıb.

Sentyabrın 1-də Rusiyada fəaliyyət göstərən 20-dən çox müstəqil nəşrinin baş redaktoru mövcud "xarici agentlər" siyahısının ləğv edilməsini və "xarici agentlər" haqqında mövcud qanunvericiliyə 12 düzəlişin edilməsini tələb edib.

Onlar bu tələblə Rusiya prezidenti Vladimir Putinə, mətbuat katibi Dmitri Peskova və ədliyyə naziri Konstantin Çuyçenkoya açıq məktub yazıblar.

Kreml jurnalistlərin müraciətinə baxılacağına söz verib.

XS
SM
MD
LG