Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:54

Rusiyada əmək bazarında çatışmazlığa baxmayaraq, oturum izni kvotaları azaldılır


Tacik miqrantlar Rusiya aeroportunda
Tacik miqrantlar Rusiya aeroportunda

Rusiya hökuməti 2025-ci ildə əcnəbilər üçün oturum izni kvotalarını yarıyadək azaldacaq. Bu, ölkəyə daxil olan işçi sayının son 10 ildə ən aşağı həddə düşərək əmək bazarında kəskin azalma yaratması dönəminə düşür.

Hökumətin oktyabrın 16-da bildirdiyinə görə, yeni kvotada 5 min 500 oturum izni nəzərdə tutulub, 2023-cü ildə bu 10 min 600 idi. Kvotalar ölkə boyunca müraciətlər əsasında paylaşılır.

Son vaxtlar Rusiyada miqrantlara qarşı ictimai əhval-ruhiyyə neqativləşib, rəyi soruşulan rusiyalıların 80 faizi özəlliklə Orta Asiya və Qafqazdan miqrantların çox gəlməsindən narahatlıq bildirib.

Bu yerlərdən Rusiyada yüz minlərlə işçi miqrant qanuni, işçi vizası ilə yaşayır. Bu viza onlara ölkədə məhdud dönəmdə qalmaq və işləmək izni verir, oturum izni isə Rusiyada illərlə qala bilmək deməkdir.

Mart hücumundan sonra

Bu ilin martında Moskva yaxınlığındakı "Crocus City Hall" konsert kompleksində terror hücumundan sonra Orta Asiyadan miqrantlara təzyiqlər artıb. Həmin hücumda 140 nəfər həlak olub.

Əsasən Tacikistandan olmaqla bir neçə ortaasiyalı hücumda iştirak şübhəsi ilə həbs olunub. O vaxtdan bəri hüquq-mühafizə orqanları miqrant icmalarına reydləri gücləndirib.

Bu həftənin əvvəlində Tacikistanın insan haqları ombudsmanı Umed Bobozoda terror hücumundan sonra Rusiyada tacik miqrantlarla pis rəftardan narazılıq bildirib. O, hüquq-mühafizə orqanlarını fiziki pis rəftar, əsassız saxlamalar olmaqla qanunsuz metodlardan istifadədə suçlayıb.

Orta Asiyadan bəzi miqrant işçilər Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə qoşulmağa məcbur qalıb.

2021-ci ildən bəri Rusiyada verilən oturum iznlərinin sayı azalıb, o zaman kvota 39 min idi. Daxili İşlər Nazirliyi bildirir ki, ilin ortasınadək 2024-cü il kvotasının yalnız 20 faizi verilib.

Oktyabrın 15-də isə Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması oturum izni alınması prosesini sərtləşdirən qanun qəbul edib. İndi Rusiya vətəndaşları ilə ailə quranlar nikah bağlayandan üç il sonra oturum üçün müraciət edə bilərlər. Əvvəlki qayda dərhal müraciətə əsas verirdi.

XS
SM
MD
LG