Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Vətəndaşlığı olan ortasiyalıları Rusiyadan buraxmırlar


Rusiyada qırğızıstanlı miqrantlar, arxiv fotosu
Rusiyada qırğızıstanlı miqrantlar, arxiv fotosu

Rusiyada işləyən qırğızıstanlıların bir çoxu Kremlin hərbi səfərbərlik elanından qorxaraq vətənlərinə dönüblər. Ancaq Rusiya pasportu olanların bəzilərinin son həftələr ölkədən çıxışının qarşısı alınıb.

Bir neçə il öncə Rusiya vətəndaşlığı alan qırğızıstanlı Bekbolat dekabrın 22-də Rusiya sərhədçiləri tərəfindən saxlandığını deyir. O, Qazaxıstana, oradan da Bişkekə getmək istəyirmiş.

"Rusiya sərhədçiləri mənə çox nəzakətlə başa saldılar ki, ‘səfərbərlik siyahısına salınmısan, bu, qanundur və fevralın 12-dək xaricə getməyə ixtiyarın yoxdur’", – Bekbolat yanvarın 17-də AzadlıqRadiosunun qırğız xidmətinə deyib. O nə üçün məhz fevralın 12-sinin seçildiyi haqda heç nə deməyib.

Yaşı 60-a yaxın olan bir neçə nəfər Ukraynaya göndərilib

Moskvada yaşayan, soyadının çəkilməsini istəməyən Bekbolat Ukraynaya döyüşməyə göndəriləcəyini istisna etmir.

50 yaşlarında olan Bekbolat sonradan Rusiya vətəndaşlığı alan tanış qırğızıstanlılara hərbi çağırış vərəqəsi gəldiyini bildirir. Onun sözlərinə görə, “yaşı 60-a yaxın olan” bir neçə nəfər yaşlarına rəğmən Ukraynaya göndərilib.

Bekbolat bu yaxınlarda Moskvadakı yerli hərbi komissarlığa çağrıldığını söyləyir. Onu sorğu-sual edib fərariliyə görə ciddi cəzalandırıla biləcəyini xatırladıblar.

"Çox aydın danışdılar. Dedilər ki, sentyabr səfərbərliyindən sonra Rusiyanı tərk edən hər hansı Rusiya vətəndaşı və hazırda ölkəni tərk edənlər ciddi nəticələrlə üzləşəcəklər”, – Bekbolat danışır.

Rusiya pasportu olmayanları buraxıblar

AzadlıqRadiosu Bekbolatın iddialarını müstəqil qaydada təsdiqləyə bilməyib. Ancaq sonradan Rusiya vətəndaşlığı alan bir neçə başqa şəxs də sərhəddə saxlandığını bildirib.

Surqut şəhərində çalışan tacikistanlı Zəfər AzadlıqRadiosuna Rusiya vətəndaşı olan 33 yaşlı qohumunun sərhəddən Qazaxıstana buraxılmadığını deyir.

"Onu Surquta geri qaytarıblar. Onunla birlikdə vətənə [Orta Asiyaya] gedənləri isə buraxıblar, çünki onların Rusiya pasportu yoxdur. Sərhəd zabiti qohumuma deyib ki, hazırda çağırış yaşlı rusiyalı kişilər xaricə gedə bilməzlər”, – Zəfər söyləyir.

Moskva yeni hərbi səfərbərliyə hazırlaşdığını inkar edib. Ancaq kəşfiyyat rəsmiləri, habelə Ukrayna və Rusiya üzrə mütəxəssislər tezliklə yeni çağırışın baş verə biləcəyini proqnozlaşdırırlar. Bu, Rusiyadakı ortaasiyalılar arasında narahatlığa səbəb olub. Onların arasında həm Rusiya pasportu olanlar, həm də bu ölkədə müvəqqəti yaşayış icazəsi ilə çalışanlar var.

550 min nəfər

Bütün bu narahatlıq azmış kimi, Rusiya (Baş Prokurorluğu yanında) İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin vətəndaşlıq alan şəxslərin Moskvanın Ukraynada apardığı müharibədə iştirak etməli olduğunu vurğulayıb.

Bastrıkin yanvarın 13-də Rusiya mətbuatına müsahibədə son beş ildə Qırğızıstan, Tacikistan və Özbəkistandan 550 min nəfərin Rusiya pasportu aldığını deyib. O əlavə edib ki, təkcə 2022-ci ilin ilk yarısında bu ölkələrdən olan 60 mindən artıq yetkin şəxs Rusiya vətəndaşlığı alıb.

“İndi onların ölkəni müdafiə etmək mükəlləfiyyəti var”, – deyən Bastrıkin əlavə edib ki, Rusiya digər miqrantların da “Ukraynada xüsusi hərbi əməliyyata” cəlbindən ötrü onlara güzəştlər təklif etməli, məsələn, Rusiya vətəndaşlığı almaq prosedurlarını sadələşdirməlidir.

Rusiya vətəndaşı olmayan, hətta həbsdə olan ortaasiyalı miqrantların Ukraynaya göndərilməsi haqda da çoxlu xəbərlər gəlir. Onların bəziləri Rusiya ordusunda müqavilə ilə vuruşmağa, bəziləri isə Rusiyanın işğal etdiyi ərazilərdə sürücülük etməyə, yaxud tikinti işlərində çalışmağa göndərilir, dəqiq sayları isə bilinmir.

Rusiyada milyonlarla ortaasiyalı miqrant işçi var. Orta Asiya hökumətləri öz vətəndaşlarını xarici hərbi əməliyyatlarda iştirakdan yayındırmaq üçün xəbərdar ediblər.

XS
SM
MD
LG