Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Rusiyanın infrastruktura zərbələri ‘hərbi cinayətdir’


Kiyevdə yaşayış binasına dron hücumundan sonra, 17 oktyabr, 2022-ci il
Kiyevdə yaşayış binasına dron hücumundan sonra, 17 oktyabr, 2022-ci il

Britaniya kəşfiyyatı oktyabrın 18-də Rusiyanın istifadə etdiyi dronların İran istehsalı olduğunu təsdiqləyib

Rusiyanın Ukraynada elektrik stansiyaları və digər mülki infrastruktura raket və dron zərbələri hərbi cinayətə bərabər “xalis terror aktlarıdır”. Bunu oktyabrın 19-da Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

“Dünən yenə Rusiyanın mülki infrastruktura hədəfli hücumlarını gördük. Bu, artıq çox qəddarlaşmış müharibədə yeni bir fəsildir. Bunlar hərbi cinayətdir”, – von der Leyen Avropa Parlamentində deputatlar qarşısında çıxışında deyib.

“Qarşıdan qış gəldiyi bir vaxtda kişiləri, qadınları, uşaqları susuz, elektriksiz, istiliksiz qoymaq məqsədilə mülki infrastruktura hədəfli hücumlar xalis terror aktıdır, belə də adlandırmalıyıq”, – von der Leyen vurğulayıb.

Artıq Rusiyanın bombardmanı nəticəsində Zaporojye vilayətindəki Enerhodar şəhərinin bəzi yerlərində elektrik və suyun kəsildiyi xəbər verilir.

Krivoy Roq şəhərində elektrik stansiyasına ciddi ziyan dəyib, bəzi yerlərdə elektrik kəsilib.

Rusiyanın işğalı altında olan Xerson vilayətini Ukrayna ordusunun irəliləməsi səbəbindən son günlər 5 mindən çox adam tərk edib. Məlumatı vilayətə Rusiyanın təyin etdiyi başçı Vladimir Saldo verib.

Saldo Rusiya televiziyasına deyib ki, hakimiyyət növbəti altı gün ərzində 50 min - 60 min sakini köçürməyi planlaşdırır.

Ukrayna qüvvələri son bir neçə həftədə Dnepr çayının cənubunda 30 km-dək irəliləyərək Rusiya əsgərlərinə təhdid yaradıblar.

+++

Ukrayna Qazaxıstandakı səfiri Petro Vrublevskini avqustda rusların öldürülməsi haqda dediklərinə görə vəzifədən kənarlaşdırıb.

Bu barədə Prezident Volodimir Zelenskinin vebsaytında rəsmi bəyanat yerləşdirilib, səfirin vəzifədən çıxarıldığı bildirilib.

Səfir tanınmış qazaxıstanlı bloger Dias Kuzairova müsahibəsində demişdi ki, “indi nə qədər çox rusiyalı öldürsək, uşaqlarımız gələcəkdə daha az öldürməli olacaqlar”.

Arıçılar tonlarla balı sata bilmirlər: 'Yarmarka bəs eləmir'
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Moskva, eləcə də Qazaxıstandakı Rusiya qurumları Astanadan qalmaqallı bəyanatına görə səfiri qovmağa çağırırdılar. Qazaxıstan bundan imtina etsə də, Kiyevdən onu əvəzləməyi istəmişdi.

Zelenski sərəncamda səfir postuna kimin təyin olunduğunu qeyd etməyib.

Rusiyanın iqtisadi müttəfiqi olan Qazaxıstan Moskvanın Ukraynaya qarşı fevralın sonunda başlatdığı hücumu rəsmən pisləməyib.

+++

Oktyabrın 19-da səhər Rusiya qüvvələri Ukraynanın cənubundakı Nikolayev vilayətinə kamikadze dronları ilə zərbələr endirib. Bir həftədən çox davam edən hava zərbələri Ukraynada elektrik stansiyalarının üçdə birini dağıdıb, mindən çox şəhər və kənddə elektrik kəsilib.

Ukrayna ordusunun cənub komandanlığının oktyabrın 19-da bildirdiyinə görə, ötən gecə 12 dron vurulub.

Bir gün öncə Rusiyanın Kiyevdə elektrik stansiyasına zərbəsi nəticəsində üç nəfər həlak olub. Xarkov və Dneprdə də enerji infrastrukturu vurulub.

Rusiyanın iflası

Prezident Volodimir Zelenski oktyabrın 18-də gecə çıxışında deyib ki, son bir həftədə Rusiyanın hava zərbələri Ukraynada elektrik stansiyalarının 30 faizini dağıdıb. Energetika Nazirliyi yüzlərlə yaşayış məntəqəsinin işıqsız qaldığını bildirir. Bu məntəqələrin sayı 1162-dir.

Zelenskinin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumda İran istehsalı olan dronlardan istifadəsi onu göstərir ki, onillər boyunca hərbi-sənaye kompleksinə milyardlarla dollar xərcləməsinə baxmayaraq, Rusiya siyasi və hərbi baxımdan iflasa uğrayıb.

“Sonucda onlar sadə dronlar və raketlər əldə etmək üçün Tehrana boyun əydilər”, – Zelenski vurğulayıb.

“Bu sadəcə, dünyaya bir daha Rusiyanın məğlubiyyətə doğru getdiyini, daha bir cinayət ortağını bu terrora cəlb etməyə çalışdığını göstərəcək”, – Zelenski bildirib.

Təkzib etsələr də...

İran Rusiyaya dron vermədiyini deyir. Kreml isə İranın kamikadze dronlarından istifadə edilməsindən xəbəri olmadığını bildirir.

Britaniya kəşfiyyatı isə oktyabrın 18-də Rusiyanın istifadə etdiyi dronların İran istehsalı olduğunu təsdiqləyib. ABŞ Dövlət Departamentinin məlumatına görə, oktyabrın 17-də Kiyevə hücumda İran dronları işlədilib.

NATO bir neçə günə Ukraynaya havadan müdafiə sistemləri çatdırılacağını açıqlayıb.

Bu arada Rusiyanın Ukraynadakı qüvvələrinin komandiri cənubi Xerson şəhərində vəziyyətin “çətin” olduğunu, sakinlərin köçürüləcəyəni açıqlayıb.

XS
SM
MD
LG