Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

İtkilər

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 4300-ə yaxın rus əsgəri həlak olub.

Rusiya ordusunun 27 təyyarə, 26 helikopter, 146 tank, 706 zirehli texnika, iki pilotsuz uçuş aparatı, iki gəmi və qayıq və digər texnikanı itirdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi ölənlər və hərbi texnika itkiləri barədə hələlik məlumat verməyib.

Putinlə bağlı Haaqa məhkəməsinə müraciət

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

Belçika və İslandiya da Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayırllar.

Belçkanın Baş nazir Aleksandr de Croo:

“İslandiya Ukrayna ilə həmrəylik əlaməti olaraq öz hava məkanını Rusiyanın hava nəqliyyatı üçün bağlamaq qərarına gəlib”, - deyə xarici işlər naziri Thordis Kolbrun Reikfjord Gilfadottir bildirib.

İrlandiya Rusiya təyyarələri üçün hava məkanını bağlayır

İrlandiya Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq. Bu barədə xarici işlər naziri Saymon Koveni Twitter hesabında yazıb.

"Biz digər Avropa İttifaqı (Aİ) tərəfdaşlarını da eyni şeyi etməyə çağırırıq. Həmçinin bu gün biz Aİ-də razılaşdırılacaq yeni genişmiqyaslı sanksiyaları və Ukraynaya yeni yardım paketini dəstəkləyirik", - nazir yazıb.

Davamı

XS
SM
MD
LG