Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:27

Kollektor azərbaycanlı körpəyə hücum çəkəndən sonra...


Kollektorun divarda buraxdığı yazı.
Kollektorun divarda buraxdığı yazı.

Rusiyada azərbaycanlı borclu ailəyə hücum çəkərək, körpəni yaralayan kollektorun işi böyük rezonans doğurub. Artıq həmin kollektorun məhkəməsi başlanıb. Başlıcası odur ki, məhz bu hadisədən sonra Rusiyada antikollektor qanunu qəbul edilib. Bənzər olaylar Azərbaycanda da baş verir. Məsələn, kollektorlardan biri vətəndaşdan böyrəyini satmağı istəmişdi.

Bu baxımdan kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır və bu tələblə aramsız çıxış edənlərdən biri də bank məsələləri eksperti Əkrəm Həsənovdur.

«AZƏRBAYCANDA KOLLEKTORLAR BORCLULARIN BAŞINA MİN OYUN AÇIR VƏ...»

Ə.Həsənov AzadlıqRadiosuna açıqlamasında deyib ki, Azərbaycandakı kollektorlar borcluların başına min oyun açır və bütün bunlar cəzasız qalır: «Borc alan krediti bankdan götürür və bu fakt bank sirridir, heç kəsə açıqlana bilməz. Kreditin qaytarılarkən, problem yaşayan bankın işi kollektora ötürməsi bank sirrinin pozulmasıdır. Ən azı buna görə, kollektorların fəaliyyətini tənzimləyən qanuna ehtiyac var. Yəni, vətəndaş tanımadığı 3-cü şəxslə - kollektorla əlaqə saxlamağa, təmasda olmağa məcbur edilir. Buna görə də qanun kollektorların fəaliyyətini tənzimləməlidir».

«KOLLEKTORLARIN KİMLİYİ BİLİNMİR»

Ekspert sözlərinə bunu da əlavə edir ki, ilk növbədə, kollektorların sərmayəsiylə bağlı minimum tələb olmalıdır: «Məsələn, 1 milyon manat. Hər yoldan ötənin bu işlə məşğul olmaması üçün. Daha sonra kollektorların təhsil və təcrübəsinə tələblər olmalıdır. Onlar attestasiyadan keçməlidirlər. Məhkumluqları da olmamalıdır. Nəhayət, kreditin qaytarılması prosesinə tələblər olmalıdır. Məsələn, müəyyən dövrdə vətəndaşı nə qədər narahat edə bilər, nəyi edə bilər, nəyi edə bilməz və s. Vətəndaşa da tam imkan verilməlidir ki, təmasın səs və video yazısını aparsın və s. Bizdə belə qanuna ehtiyac böyükdür, çünkikollektorların kimliyi bilinmir, kapitallarıazdır, özbaşınalıq edirlər».

«VƏTƏNDAŞIN MÜFLİSLƏŞMƏSİNƏ DAİR QANUNA DA EHTİYAC VAR»

Ə.Həsənov kollektorla yanaşı, vətəndaşın müflisləşməsi barədə də qanunun qəbuluna ehtiyac olduğunu deyir: «Rusiyada, aparıcı ölkələrdə olduğu kimi, belə qanun da var. Yəni borcunu ödəyə bilməyən vətəndaş özünü müflis elan edir və ondan artıq heç kəs borcu tələb edə bilməz. Əvəzində ona bəlli vəzifə tutmaq və bəlli fəaliyyətlə məşğul olmaq müəyyən dövr ərzində qadağan edilir. Üstəlik, bu adamın adı da müflislər siyahısına daxil edilir ki, hami borc verəndə ehtiyatlı davransın. Bizdə də bu qanuna ehtiyac var».

XS
SM
MD
LG