Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

Rusiyada və müsəlman ölkəsində homoseksual olmaq


Rusiyada LGBT fəallarının yürüşü, arxiv fotosu
Rusiyada LGBT fəallarının yürüşü, arxiv fotosu

“Bunu ona görə edirlər ki, adamlar Ukraynada baş verənlər, müharibədən dolayı Rusiyadakı proseslər haqda az düşünsünlər. Bu, çox ağıllı yayındırma manevridir”

2013-cü ildən Rusiyada “gey propaqandası” qanunu LGBT fərdləri, fəallar və qurumlara qarşı istifadə olunub. İndi isə parlament qanunun daha sərt versiyasını hazırlayır. LGBT icması onları gözləyən təqib və zorakılıqdan narahatdır.

Ölkənin cənubundakı Həştərxan şəhərində veb dizayneri Anna Kosvinitseva son illər əsasən evdən işləyib. O, seksual oriyentasiyasına görə saysız “xoşagəlməz hadisələr”lə üzləşdiyini, buna görə ictimaiyyət arasına mümkün qədər az çıxmağa çalışdığını deyir.

Kütləvi miqrasiya ehtimalı

İndi Kosvinitseva Dövlət Dumasında baxılan yeni təşəbbüsdən narahatdır. Parlamentin aşağı palatası azyaşlılar arasında “qeyri-ənənəvi həyat tərzi” haqda narahatedici informasiyanın yayılmasına qarşı qanunu sərtləşdirməyi nəzərdən keçirir.

“Çox güman, ölkədən cinsi azlıqların kütləvi miqrasiyası başlanacaq. Faktiki, təhlükəsizliyimiz, ölkəni tərk etmək fürsətimizə təhdid yaranacaq. Hər halda, heç kəsdən kömək gözləyə bilmərik. Bizə sadəcə, sevməyi və sevilməyi qadağan edirlər”, – Kosvinitseva deyir.

Rusiyada “gey propaqandası” haqda qanun 10 ilə yaxındır qüvvədədir. Nyu Yorkda yerləşən “Human Rights Watch” 2018-ci ildə yazırdı ki, qanun cinsi azlıqların Rusiyada çoxdan üzləşdiyi “sosial ədavət”i gücləndirib. Qurum qanunu “siyasi homofobiyanın klassik nümunəsi” adlandırıb.

Qanunda nə dəyişdirilir

Qanuna dəyişikliklərdə isə “qeyri-ənənəvi seksual əlaqələrin təbliği”nin bütünlükdə yasaqlanması nəzərdə tutulur. LGBT mövzularına dair İnternet resursları bloklana, hökumətin belə “propaqanda”ya aid edə biləcəyi filmlərin göstərilməsi yasaqlana bilər. Dəyişiklik təklifində deyilir ki, “qeyri-ənənəvi həyat tərzi” haqda informasiya, yaxud “ailə dəyərlərinin rədd edilməsi” hüquqi baxımdan pornoqrafiyaya, zorakılığın təbliğinə, irqi, etnik və dini ədavətin həvəsləndirilməsinə bərabər tutulacaq.

“Hər yaşdan izləyicilər arasında (oflayn, media qurumları, internet, sosial media, eləcə də kinoteatrlarda) bu cür propaqandaya tam qadağa təklif edirik”, – Dumanın informasiya siyasəti komitəsinin sədri Aleksandr Xinşteyn Telegram-da yazıb. O, komitənin qanunun pozulmasına görə sərt cəza təklif etdiyini də sözlərinə əlavə edib.

Dəyişikliklər hələ komitə səviyyəsində müzakirə edilir. Ancaq təhlilçilərin AzadlıqRadiosuna dediyinə görə, Duma payızda yığışanda bu dəyişikliklərin bir formada qəbulu gözlənir.

“Bu yaxınlaradək belə bir addım ağlasığmaz idi. Ancaq indi hər şey mümkündür. Şəxsi fikrimi bilmək istəyirsizsə, Qərblə qarşıdurmalarına ideoloji dəstək axtarırlar. Adamlar soruşanda ki, ‘niyə Qərblə mqnasibətlərimiz belə pisdir’, cavab verə bilsinlər: ‘Biz fərqli dəyərləri olan adamlarıq’”, – Moskva İcma Mərkəzinin hüquqi məsləhətçisi Aleksey Kuroptev deyib.

Azərbaycanda LGBTQİ anlayışı heç bir qanunda yoxdur - LGBTQİ fərdlərinin hüquqlarını başqa ölkələr necə qoruyur?
Gözlə

No media source currently available

0:00 0:06:59 0:00

Diqqəti Ukraynadan yayındırmaq

Fotoqraf və “Kvir” dərgisinin keçmiş incəsənət direktoru Vsevolod Qalkin isə deyir ki, hakimiyyət Ukraynadakı problemli müharibədən diqqəti yayındırmaq üçün geyləri hədəfə alan mədəniyyət müharibəsindən yararlanmağa çalışır.

“Müharibədə aşkar uğur olmayıb, ona görə də ictimaiyyətin diqqətini nəsə qalmaqallı, partladıcı bir şeyə yönəltməyə çalışırlar. Bu, ilk dəfə deyil baş verir”, – o, AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə layihəsi olan “Current Time”a deyib.

Feminist və LGBT fəalı Alla Çikinda bu fikirlə razılaşır.

“Bunu ona görə edirlər ki, adamlar Ukraynada baş verənlər, müharibədən dolayı Rusiyadakı proseslər haqda az düşünsünlər. Bu, çox ağıllı yayındırma manevridir”, – fəal deyir.

LGBT fəalların 25 faizi Rusiyadan gedib

Rusiya LGBT Şəbəkəsinin Murmanskdan fəalı Sergey Alekseyenko qeyd edir ki, 2021-ci ildə onun təşkilatının qaynar xəttinə 28 min zəng gəlib. Bundan başqa, sosial şəbəkə vasitəsilə minlərlə müraciət olub, hüquqi yardım, psixoloji məsləhət istəyənlərin sayı yüzlərlədir.

Bu qurum çoxsaylı LGBT-yə yardım qrupları ilə birlikdə hökumətin “xarici agentlər” siyahısına salınıb.

Alekseyenko fəalların təxminən 25 faizinin Rusiyadan getdiyini deyir. “Söhbət onlarla insandan gedir. Onların çoxu Şimali Qafqazdandır, onlar Ermənistana, yaxud Gürcüstana, şərqi Avropaya, hətta Orta Asiyaya gediblər”.

O deyir ki, sosial mühafizəkar, əsasən müsəlman ölkələri Qırğızıstan və Qazaxıstan “bu gün Rusiyadan daha təhlükəsizdir”.

Transgender: 'Bizi ölümlə hədələyirlər'. Polis nə tədbir görür?
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

Qanundan kənar vəziyyət

Şimali Qafqazda yerləşən CK SOS LGBT-yə yardım qrupu üçün işləyən Mirona Rozanovanın sözlərinə görə, yeni qanun təkcə LGBT-yə yardımı qeyri-mümkün etməyəcək, həm də onları qanundan kənar vəziyyətə salacaq.

“Onlar elə bir hüquqi arena yaradırlar ki, LGBT homofobiya problemlərindən danışa bilməsin. Çeçenistanda geylər qətlə yetirilir, qanunsuz saxlanır, onlardan pul qoparılır. Bu, kvazi-rəsmi səviyyədə, təhlükəsizlik qüvvələrinin iştirakıyla baş verir. Digər Qafqaz respublikalarında da homofobik zorakılıq görürük… Ancaq bu halların heç birini hakim orqanlar araşdırmır”, – o söyləyir.

“Bu qanun sadəcə, böyük bir qarabasmadır. Diskriminasiya və qarışıq normalar sicilləməsinin davamıdır. Nəyə görə məsuliyyət daşıyacağını demək mümkün deyil”, – Nijni Novqorodda LGBT mərkəzi üçün müşavirlik edən Yuliya Fedotova söyləyir.

XS
SM
MD
LG