Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:56

Rusiyadan 70 minədək İT işçisi gedib


İllüstrativ foto
İllüstrativ foto

Müharibə başlayandan onminlərlə rusiyalı İT işçisi və sahibkar ölkəni tərk edib. Ekspertlər bunun Rusiyada uzunmüddətli iqtisadi artıma və kibertəhlükəsizliyə dərin təsirləri olacağını deyirlər

2020-ci ilin sentyabrında açıqlanmış araşdırmaya görə, Rusiyada 1.8 milyon texnologiya işçisi vardı. Rusiyanın Ukraynaya müharibəsi nəticəsində hər 10 İT işçisindən birinin ölkəni tərk etdiyi bildirilir.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Tod Prins yazır ki, onlardan biri – Sergey Krupnik startapına onminlərlə dollar və iki il ağır əmək sərf edəndən sonra tunelin sonunda işıq görünüb.

“Travers” şirkətinin 150-dək xizək və snoubord təlimçisi var. Xizəksürmə bacarıqlarını yaxşılaşdırmaq istəyən minlərlə insan onlara müraciət edirdi. Amma fevralın 24-də Rusiyanın Ukraynanı işğal etməsi hər şeyi dəyişdi.

Texnologiya sektorunun cəlbediciliyi azalıb

Rusiyanın səbəbsiz hücumuna görə Qərbin ağır sanksiyaları texnologiya sektoruna investisiyanın cəlbediciliyini azaldıb. Krupnik üç gündən sonra layihəsini dondurub və martın 9-da Türkiyəyə gedib.

“Rusiyada, inkişaf etməkdə olan ölkədə 10 illik vicdanlı, ağır işi təsəvvür edin… Həyatımın daha 10 ilini Rusiyada keçirməyəcəyəm”, – o, postunda yazıb və ölkənin zəif investisiya mühiti və azad sözün yoxluğu səbəbindən mühacirətin çoxdan ağlında olduğunu vurğulayıb.

Müharibə başlayandan onminlərlə rusiyalı İT işçisi və sahibkar ölkəni tərk edib. Ekspertlər bunun Rusiyada uzunmüddətli iqtisadi artıma və kibertəhlükəsizliyə dərin təsirləri olacağını deyirlər.

Qərbin sanksiyaları Rusiyanın bankçılıq və yüksək texnologiya sənayelərini hədəfə alıb. Kompüterləşmə üçün vacib mikroprosessorların bu ölkəyə ixracı qadağan edilib. Apple, Samsung, Microsoft, Oracle və Cisco kimi iri texnologiya şirkətləri Rusiyadan getdiklərini, yaxud əməliyyatları dayandırdıqlarını açıqlayıblar.

Gələn ay 100 min ola bilər...

Fevralın sonundan Rusiyanı 50 min – 70 min arası texnologiya işçisinin tərk etdiyi bildirilir. Bunu Rusiya Elektron Kommunikasiya Assosiasiyasının başçısı Sergey Pluqotarenko martın 22-də parlament dinləməsində söyləyib.

O, gələn ay 100 minədək İT mütəxəssisinin Rusiyadan gedə biləcəyi haqda xəbərdarlıq edib.

Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutundan Elina Rubakova bu ayın əvvəlində yaydığı hesabatda qeyd edirdi ki, İT mütəxəssisləri daxil olmaqla təhsilli rusiyalıların emiqrasiyasının ölkənin iqtisadi artımına uzunmüddətli təsirləri olacaq.

Elə hökumətin də bu beyin axınından narahat olduğu görünür. Prezident Vladimir Putin İT şirkətləri üçün üçillik vergi tətilləri, güzəştli kreditlər kimi iqtisadi tədbirlər imzalayıb. O, İT işçiləri üçün güzəştli ipotekanı təsdiqləyib, çağırış yaşında olanları hərbi xidmətdən möhlət verib.

Ölkədən getməyi məhdudlaşdırmaq?

Kremlə bağlı biznesmen Yevgeni Priqojinin nəzarətində olan Concord şirkətinin Rusiyanın “strateji maraqları”nı qorumaqdan ötrü İT mütəxəssislərinin emiqrasiyasını məhdudlaşdırmağa çağırdığı bildirilir. Şirkət sosial media postunda yazıbmış ki, İT işçilərinin ölkədən çıxmaq üçün Federal Təhlükəsizlik Xidmətindən (FSB) icazə almasını tələb edən qanunvericilik təklif edir. Belə bir addım keçmiş SSRİ günlərini yada salar, o zaman xaricə səyahət, emiqrasiya sərt şəkildə məhdudlaşdırılırdı. Post sonradan silinib.

“İT işçilərinin axını Rusiya iqtisadiyyatı üçün fəlakətdir və Rusiyanın kibermüdafiə qabiliyyətinə zərbə vuracaq. Kiber müdafiəçilər hər yerdə çatışmır, Rusiyadan axın isə onun durumunu lap pisləşdirir”, – Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ceymz Lüis deyib.

Başqa ölkələrə köçürlər

Lüis gedənlərin Rusiyadan qaynaqlanan kibercinayətləri azaltmayacağını düşünür. Çünki bu fəaliyyətlərdə əli olanlar “həbs riski olmadan” ölkəni tərk edə bilməzlər.

Gartner tədqiqat firması Rusiya, Ukrayna və Belarusda 250 minədək İT peşəkarının keçmiş sovet ölkələrindən kənardakı müştərilərə xidmət edən şirkətlər üçün çalışdığını bildirir.

Məsələn, Pensilvaniyada yerləşən EPAM proqram şirkətinin müharibəyədək Rusiya, Belarus və Ukraynada 30 mindən çox İT işçisi vardı.

Şirkətin adının çəkilməsini istəməyən meneceri radioya deyib ki, EPAM Rusiyadakı işçilərindən başqa yerə köçmələrini xahiş edir. Bəziləri Gürcüstana, yaxud Ermənistana gedir.

XS
SM
MD
LG