Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:51

Rusiyalı tarixçinin həbs cəzası artırıldı


Yuri Dmitriyev məhkəmədə, 27 dekabr, 2021-ci il
Yuri Dmitriyev məhkəmədə, 27 dekabr, 2021-ci il

Rusiya hökuməti Moskvada Beynəlxalq Memorial və Memorial İnsan Haqları Mərkəzini qapatmaq istəyir

Rusiyada məhkəmə Memorial insan haqları qrupunun Kareliya regionu üzrə şöbəsinin başçısı, tarixçi Yuri Dmitriyevin həbs cəzasını artırıb. Tarixçi qətiyyətlə rədd elədiyi ittihamlarla üzrə 15 illik həbsə məhkum edilib. O, qızlığının pornoqrafik şəkillərini çəkməkdə ittiham olunur.

Dmitriyevin işinə yenidən baxan Petrozavodsk şəhər məhkəməsi dekabrın 27-də qərar çıxarıb. O, 2020-ci ilin sentyabrında 13 il həbsə məhkum edilmişdi. Prokurorlar isə alimin 15 ilədək həbs olunmasını tələb edirdilər.

Repressiya qurbanları

Dmitriyevin vəkilləri bütün apelyasiya instansiyalarının tükəndiyini bildiriblər.

Rusiya hökuməti Moskvada Beynəlxalq Memorial və Memorial İnsan Haqları Mərkəzini qapatmaq istəyir. Hər iki qurum uzun müddətdir “xarici agent” QHT-lər siyahısına salınıb. Bir neçə həftəyə Ali Məhkəmə və Moskva ali məhkəməsi bu qurumların taleyi üzrə yekun qərar çıxarmalıdır.

Dmitriyev sovet diktatoru İosif Stalinin hakimiyyəti dövründə Kareliyada siyasi repressiya qurbanları ilə bağlı tədqiqatları ilə tanınıb. O, azı 6 min nəfərin dəfn olunduğu Sandarmox kütləvi məzarlığının araşdırılması və əbədiləşdirilməsində əsas rol oynayıb.

Gələn ay Dmitriyevin 66 yaşı tamam olacaq. O, məhkəmələrdə işinin araşdırıldığı dönəmdə, son beş ili region paytaxtı Petrozavodskda istintaq təcridxanasında saxlanıb.

XS
SM
MD
LG