Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:34

Rusiyanın yeni büdcə layihəsində hərbi xərclər və Putinin maaşı rekord həddindədir


Putin Cənub hərbi dairəsinin poliqonunda (Arxiv fotosu)
Putin Cənub hərbi dairəsinin poliqonunda (Arxiv fotosu)

Rusiyanın 2025-ci il üçün dövlət büdcəsi layihəsində hərbi sahəyə 13. 5 trilyon rubl (145 milyard dollar) xərclənməsi nəzərdə tutulur. Bu, ÜDM-in 6.31 faizini təşkil edir.

Bu barədə The Bell saytı Rusiya federal büdcəsinin izahat hissəsinə istinadla yazıb.

Bu da bildirilir ki, “milli təhlükəsizlik” bəndinə 3.5 trilyon rubl ayrılacaq. Beləliklə ümumilikdə Rusiyanın 2025-ci il üçün büdcəsinin 41 faizi hərbiyyəyə xərclənməlidir.

Rusiya prezidenti Vladimir Putinin saxlanması üçün ayrıca xərclər bəndi gələn ilin büdcəsində 25.5 faiz artırılaraq 31 milyard rubla çatdırılacaq.

Təhsil, səhiyyə və iqtisadiyyata xərclənən puldan daha çox

Media yazır ki, büdcədə bu xərclərin artırılması həm Putinin, həm də onun administrasiyasına daxil olanların maaşlarının qaldırılması ilə bağlıdır.

Bir həftə bundan əvvəl 2025-2027-ci illər üçün federal büdcəni təhlil edən Bloomberg agentliyi xəbər verirdi ki, gələn il Rusiyanın hərbi xərcləri 13.2 trilyon rubl təşkil edəcək.

Jurnalistlər bildirirlər ki, bu, təhsil, səhiyyə, sosial təminat və milli iqtisadiyyat üçün ümumilikdə nəzərdə tutulan maliyyələşdirmədən çoxdur.

Bundan başqa Rusiya büdcəsinin məxfi bəndində gələn il üçün 12.9 trilyon rubl nəzərdə tutulub. Bu, büdcənin 30 faizi deməkdir.

2024-cü ilin büdcəsində məxfi bəndin xərcləri 11.1 trilyon rubldur.

XS
SM
MD
LG