Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Saakashvili: «Bu, Putin-in təxribatına çox oxşayır»


Mikhail Saakashvili
Mikhail Saakashvili

-

Keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili hesab edir ki, son günlər Dağlıq Qarabağ ətrafında baş verənlər Moskvanın işinə oxşayır:

«Azərbaycanla Ermənistan arasında münaqişənin gərginləşməsi ilə bağlı mənim mövqeyim belədir. Münaqişə indi nə Azərbaycana, nə də Ermənistana sərf eləmir. Bu günlərdə baş verənlər Putinin Azərbaycana və Türkiyəyə qarşı təxribatına çox oxşayır. Eləcə də Ermənistana zərər vurur».

Bunu keçmiş Gürcüstan prezidenti və hazırda Ukraynanın Odessa vilayətinin qubarnatoru Mikheil Saakashvili özünün facebook səhifəsində yazıb.

Saakkashvilini fikrincə, baş verənlərin arxasında Rusiya dayanır:

«Özü də Moskva hadisələrin bu cür inkişafına çoxdan hazırlaşırdı. Rusiya çoxdandır ki, hər iki tərəfi intensiv şəkildə silahlandırır. Son illərdə isə tələsik Dağıstandan Gürcüstana sırf hərbi təyinatlı bir yol çəkib. Bu yol həm də Azərbaycana sürətli müdaxilə etməyə imkan verən bir yoldur. Münaqişəni qızışdırmaqla Rusiya eyni vaxtda bir neçə strateji məqsəd güdür. Azərbaycanın neft və qaz kəmərlərinin keçdiyi ərazilərə müdaxilə etmək və qoparmaq bəhanəsi, (unutmayaq ki, 2008-ci ildə məhz belə obyektlər Rusiyanın raket zərbələrinə tuş gəlmişdi. Eləcə də Türkiyənin ərazisində sabotaja məruz qalmışdı), hansıki, bu Avropanı Azərbaycandan və Türkmənistandan alternativ enerji daşıyıcıları imkanından məhrum edə bilər».

Keçmiş Gürcüstan prezidenti M. Saakshvili və Azərbaycan prezidenti İlham Əliyev
Keçmiş Gürcüstan prezidenti M. Saakshvili və Azərbaycan prezidenti İlham Əliyev

Saakashvili yazır ki, həmişə müstəqil siyasət yürüdən İlham Əliyev hakimiyyəti indi ola bilsin çox çətin vəziyyətdədir.

Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində - hansı ki, bu seçkilərdə ruiyapərəst İvanishvilinin məğlub olacağı qaçılmazdır. Gürcüstan təhlükə altında qalacaq, Putinin cəzalandırmağı qarşısına məqsəd qoyduğu Türkiyə isə iki cəbhədə müharibəyə cəlb olunmağa sövq edilir. Belə bir vəziyyətdə bütün liderlər ehtiyatlı olmalıdırlar. Bunun mümkünlüyü isə hesab edirəm ki, indiki vəziyyətdə çox çətindir.

Həmişə olduğu kimi, Putinin uzun müddət hazırladığı və Qərbin qəfil yaxalandığı bir ssenari ilə üz-üzəyik. Hamımız gələcəkdə Putinin mütləq zəifləyəcəyi anı gözləməli və bütün regioanal münaqişələrin Azərbaycan, Ermənistan və Gürcüstanın maraqları çərçivsində həlli imkanından istifadə etməliyik».

XS
SM
MD
LG